Tuesday, September 8, 2009

AXCP mənə siyasi əqidə baxımdan yaxındır

8 September, 2009  - Azadlıq Qəzeti

razi-nurullayev1

Razi Nurullayev:

“Bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var”

Bu yaxınlarda politoloq Razi Nurullayev AXCP-yə üzv qəbul olundu. R.Nurullayevin niyə məhz AXCP-ni seçdiyini və partiyadakı planlarını öyrənmək məqsədilə ona müraciət etdik.
R.Nurullayev bildirdi ki, Azərbaycandakı siyasi reallıqları nəzərə alaraq bu addımı atıb. AXCP-nin ona siyasi əqidə baxımdan yaxın olduğunu deyən R.Nurullayev vurğuladı ki, eyni zamanda Xalq Cəbhəsini seçməsində partiya sədri Əli Kərimlinin şəxsiyyətinin də rolu olub: “Əli Kərimlinin bu gün apardığı mübarizə hazırkı reallıqlara cavab verir. Əli Kərimliylə birlikdə Azərbaycanda demokratikləşmə uğrunda mübarizəyə qoşulmağa qərar verdim. Hesab edirəm ki, bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var. Məhz bu məqamlar qərarımın verilməsində böyük rol oynadı”.
R.Nurullayevin partiyadakı planlarına gəlincə, o bildirdi ki, müəyyən məqamların sədrlə razılaşdırılmasına ehtiyac var. Konkret məqamlara gəlincə, R.Nurullayev dedi ki, o ilk növbədə AXCP-nin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsini istəyir: “Azərbaycanda baş verən proseslər barədə beynəlxalq aləmin dolğun xəbəri olmalıdır. Azərbaycan müxalifətinin haqq səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bir çox xarici ölkələrdə olarkən hiss edirəm ki, Azərbaycanla bağlı məlumatlar olsa da, real demokratik vəziyyət barədə geniş təsəvvür yoxdur. Əlbətdə ki, real demokratiyanın olmadığı barədə müəyyən təsəvvürlər var. Lakin məhz müxalifətin bu sahədə hansı rol oynaya biləcəyi, hakimiyyətə gələrsə, hansı dəyişiklikləri reallaşdıra biləcəyi barədə bəzən yanlış məlumatlar da var”. AXC-nin bir il hakimiyyətdə olduğu müddətdə ciddi demokratik addımlar atdığını deyən R.Nurullayev bildirdi ki, bunlar barədə də beynəlxalq ictimaiyyətə məlumat verilməlidir.

Hikmət

http://azadliq.az/?p=26155


share this: facebook

2 comments:

qn said...

Birinci olaraq bildirmək istərdim ki, dünya miqyasında demokratiya ölkələrdə olan müxalifətin fəaliyyətilə ölçülür. Hətta mən deyərdim ki, müxalifət iqtidarın aynasıdır. Hər bir insan səhv edə bilər və ya səhv etməsə belə hər hansı məsələyə müxtəlif aspektdən baxması labüddür. Bu baxımdan müxalifət tərəfindən qeyd olunan hər hansı bir çatışmamazlıq aradan qaldırılaraq güclü oolan iktidarın daha da güclənməsinə yardım edə bilər. İqtidarın güclü olması xalqın onları yenidən dəstəkləməsinə zəmin yaratmış ola bilər

Razi Nurullayev said...

Sherhinize gore sag olun.