Friday, September 11, 2009

AXCP-də daha bir yeni təyinat

Razi Nurullayev partiya sədrinin müavini oldu

11 September, 2009, 20:42

razi-nurullayev12

AXCP sədri Əli Kərimli yeni kadr təyinatı ilə bağlı növbəti sərəncam verib. Sərəncamla Razi Nurullayev partiya sədrinin xarici əlaqələe üzrə müavini vəzifəsinə təyin olunub.
Razi Nurullayev 1971-ci ilin 1 aprelində İmişli rayonunda anadan olub. 1989-1991-ci illərdə hərbi qulluqda olub. 1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakultəsini bitirib. Cənubi Rusiya Humanitar İnstitutunda ikinci ali təhsil alaraq hüquq peşəsinə yiyələnib. 2009-cu ildə ABŞ-da Kolumbiya Universitetinin Beynəlxalq və Dövlət İşləri Məktəbində ixtisasartırma kursunu, 2004-cü ildə Kanadanın Con Abbot Kolecində Beynəlxalq İnsan Hüquqları üzrə tam kursu bitirib. Bundan başqa, Malayziya, Tailand, Cənubi Koreya, İsveç, Hollandiya, Türkiyə, Yunanısatan, Böyük Britaniya, Fransa, Şri Lanka və digər ölkələrdə ixtisasartırma kurslarını bitirib.
İndiyə kimi dünyanın 60-dan çox ölkəsində işgüzar səfərlərdə olub.
1999-cu ildə Demokratik islahatlar Uğrunda Cəmiyyət İB-ni təsis edib və onun həmsədridir. 2005-ci ildə YOX Hərəkatını təsis edib və kordinatoru olub. Elə həmin ildə parlament seçkilərində müstəqil namizəd kimi iştirak edib.
Bir neçə kitabın və elmi məqalələrin müəllifidir. Yazıları yerli və xarici mətbuatda dərc olunub.

http://azadliq.az/?p=26931


share this: facebook

No comments: