Friday, September 11, 2009

Türkiyədə ölkədaxili gərginlik artır

9 September, 2009, 22:45

razi-nurullayev2“Tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”

Razi Nurullayev: “İqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir”

Son aylar Türkiyədə iki məsələ, hökumətin kürd problemini danışıqlar yolu ilə həll etmək və Ermənistanla diplomatik münasibətlər qurmaq istəyi ölkə gündəmini zəbt edib. Hər iki məsələ ciddi dirənişlə üzləşib. Xüsusilə də ermənilərlə münasibətlərin yaxşılaşdırılması niyyəti ciddi etirazla qarşılanıb. Ölkənin aparıcı müxalifət partiyaları AKP-ni atmaq istədiyi adımdan geri çəkilməyə çağırıb. Hətta onlardan bəziləri sərt sözlərlə ifadə edib. Bəs hakim partiya atmaq istəyi addımları tək başına həyata keçirə, müxalifətin təpkilərinə sinə gələ biləcəkmi?
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayevin sözlərinə görə, yaxın vaxtlarda Türkiyədə gərginlik bir qədər də artacaq: “Artıq Türkiyədə fırtına öncəsi gəlişmələr yaşanmaqdadır. AKP bununla təkbaşına bacara bilməyəcək. Çünki Türkiyədə sistem Azərbaycandan fərqli olaraq daha demokratikdir. İnsanlar daha açıq gözlü, açıq fikirlidirlər. Bu baxımdan müxalifətin dəstəyini almadan AKP bu işləri təkbaşına edə bilməyəcək. Artıq hakim partiyanın kökləri müəyyən mənada laxlamağa başlayıb. Dövlət Baxçalının baş naziri namuslu olmağa çağırması da bundan xəbər verir. Bu etik cəhətdən düzgün olmasa da, artıq Türkiyə cəmiyyətində əsəblərin nə qədər tarıma çəkildiyindən xəbər verir. Bu cür tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”.
Politoloq hökumətin geri çəkiləcəyinin mümkünlüyünü də vurğuladı: “Yaxın zamanlarda iqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir. Çünki bu artıq cəmiyyətin götürəcəyi yük deyil. Cəmiyyət çəkə biləcəyindən daha çox yüklənib”.

Fizzə

http://azadliq.az/?p=26501


share this: facebook

No comments: