Wednesday, September 30, 2009

İran mövqelerinden geri çekilmeyecek

29 September, 2009, 21:58

clip_image001Razi Nurullayev: “İran Avropanin enerjiye olan ehtiyacindan istifade ederek özüne müttefiqler axtarişindadir”

İranin nüve proqramiyla bağli mesele yeniden beynelxalq gündelikdedir. BMT-de İranla elaqedar müzakirelerin neticesi olaraq resmi Tehrandan oktyabrin 1-ne qeder ireli sürülen şertlerin yerine yetirilmesi istenilib. Bütün bu hadiselerin fonunda ise İran “Şahab-3″ ballistik raketini uğurla sinaqdan keçirir. Herbi analitikler İranin bu raketlerle İsrail erazisini ve Fars Körfezindeki ABŞ bazalarini vurmağa qadir olduğunu bildirirler. Bu ise heç şübhesiz Qerbin diqqetinden yayinmamiş deyil.

AXCP sedrinin müavini Razi Nurullayevin fikrince, hazirda müşahide olunan prosesler Qerbin İranla bağli heyata keçirdiyi vahid plandir. İranin mütamadi olaraq Qerbe güc nümayiş etdirmesinin tesadüfi olmadiğini düşünen R.Nurullayev bildirdi ki, bununla resmi Tehran mövqelerinden bele asanliqla geri durmayacağini nümayiş etdirir: “İranin raket sinaqlari Avropa ve ABŞ-a ünvanlanan bir mesacdir ve bele görünür ki, Tehran mövqelerinden imtina etmek fikrinde deyil. İran uzun müddetdir ki, nüve proyektini dinc meqsedlerle inkişaf etdirdiyi fikrini formalaşdirmağa çalişir. Hazirda İran başqa bir siyaset de yürüdür ki, bu da Avropanin zeif nöqtesidir. Söhbet Avropanin enerji asliliğindan çixarilmasindan gedir. Hazirda İran mehz bu faktordan istifade ederek Avropada özüne müttefiqler axtarişindadir”.

Avropa ölkelerinin de İrana qarşi mövqeyinin birmenali olmadiğini deyen R.Nurullayev bildirdi ki, İrana qarşi uzun müddetli tezyiqlerin Tehrani daha da aqressivleşdirmesi bezi Avropa ölkelerini fikrinden daşindirib: “Düşünmürem ki, İran uzun müddetdir ki, mübarize apardiği nüve proyektinden imtina edecek. Diger terefden İran nüve layihesini daha da inkişaf etdirmek üçün bu yaxinlarda Çinden nüve yanacaği alib. Amma Tehran da anlayir ki, mövqeyinde müeyyen yumuşalmalara getmelidir. Lakin o birmenalidir ki, bu yumşalma nüve proyektinden imtinayla bağli olmayacaq. İranin geri çekilmesi olmadan regiondaki atmosfer tehlükeli hedde qeder gerginleşe biler. Diger terefden İranin müttefiqleri olan Rusiya ve Çin de evvelkitek Tehrani birmenali desteklemirler”.

Xeyal

http://azadliq.az/?p=29885


share this: facebook

Saturday, September 26, 2009

Rusiya İrani Qerbe qurban verir

25 September, 2009, 23:04

"İranin teklenmesi prosesi gedir"

Zerdüşt Elizade: "Rusiya ABŞ-la birlikde İranin herbi nüve proqramina qarşi çixmağa hazirdir"

Razi Nurullayev: "Rusiya bu prosese qoşulandan sonra İran regionda teklenmesini görüb bir qeder yumşalmali olacaq"

BMT Baş Assambleyasinin 64-cü illik sessiyasi çerçivesindeki çixişlardan sonra ABŞ prezidenti Barak Obama ve Rusiya prezidenti Dmitri Medvedev öz aralarinda ikiterefli görüş  keçirib. Bu görüşde gözlenildiyi kimi İran meselesi ve ABŞ-in raketden müdafie planlari müzakire edilib. Rusiya prezidenti görüşden sonra keçirilen metbuat konfransinda uzun müddetden sonra ilk defe iki ölke arasindaki münasibetlerde müsbet deyişiklikler baş verdiyini deyib. Medvedev ABŞ administrasiyasinin raketden müdafie sistemi ile bağli son addimini müsbet hadise adlandirib. O, Rusiyanin raketden müdafie sistemleri meselesinde ABŞ ve Avropa ölkeleri ile emekdaşliğa hazir olduğunu deyib. İran meselesi haqda danişan Medvedev Barak Obama ile danişiqlarda Tehranin nüve silahina malik olmasinin yolverilmezliyi haqda bu ölkeye aydin mesac gönderilmesine terefdar olduğunu bildirib. Medvedevin fikrince, bu cür meselelerin en yaxşi hell yolu danişiqlardir, lakin bezi hallarda sanksiyalara da el atmaq lazim gelir. Rusiya prezidentinin bu sözleri onun İrana qarşi BMT Tehlükesizlik Şurasinda qetname qebul edilmesine terefdar olduğu anlamina gelir. Obama da tesdiq edib ki, eger İran nüve silahlarinin yayilmamasi haqda müqavileni ciddiye almazsa, o zaman Rusiya ile ABŞ-in bu ölkeye qarşi sanksiyalara el atmasi barede razilaşma var.

Rusiya prezidentinin bele fikirler seslendirmesi onun İrani Qerbe qurban vermesi kimi qiymetlendirilir. Eslinde ise veziyyet necedir ve Rusiyanin bu hereketi İrana ne ved edir?
Meseleye münasibet bildiren politoloq Zerdüşt Elizade Rusiyanin ilk günden İranin herbi nüve proqramini desteklemediyini xatirlatdi: "Evvela Rusiya İranin herbi planini desteklemir. Onun sülh proqramini destekleyir. Hetta İranda atom stansiyasinin tikilib sona çatdirilmasinda iştirak edirdi. Bundan xeyli miqdarda menfeet de götürmüşdü. İndiye qeder de işler davam edir. Qerb de sözde İranin dinc nüve proqramina etiraz etmir. Ancaq atom bombasi elde etmesinden çekinir. Buna dair xeyli mübahiseler var. Rusiya da deyir ki, biz de nüve bombasi elde etmeyin eleyhineyik. Bunun üçün ne lazimdir edin, ancaq esassiz zora yol verilmesin. Amerikanin esassiz olaraq Efqanistana, İraqa girmesi, Serbiyani bombalanmasi, diger qanunsuz hereketleri, üstelik İsrailin hikkesi, qanunsuzluğu, irqçiliyi, ereblere verdiyi zülmü, kütlevi qirğinlar dünyani boğaza yiğib. İnsanlar növbeti bele bir maceraya sövq edilmek istemir". Politoloq Rusiyanin ABŞ-la birge İranin herbi nüve proqramina qarşi çixmağa hazir olduğunu da dedi: "Rusiya Amerikanin antiraket qurğularini quraşdirmaq niyyetinden el çekmesini müsbet qiymetlendirib. ABŞ-la birlikde İranin herbi nüve proqramina qarşi çixmağa hazir olduğunu, lakin dinc nüve proqramina etiraz etmediyini deyib. Rusiya da Amerikanin qanunsuz, esassiz olaraq İrana hücumunun eleyhinedi. Herçend bezileri deyir ki, İrana hücum Rusiyaya milyardlarla dollar pul getirer. Çünki neftin qiymeti ağlasiğmaz derecede yükselecek". Z.Elizade İranin Rusiyaya inanmadiğini da qeyd etdi: "Düşünmürem ki, İran Rusiyaya bel bağlayir. Çünki Rusiya çox naxelef, namerd bir dövletdir. Amma müeyyen vaxtlarda İran Rusiya-Amerika ziddiyyetinden istifade edib. İndi eger İran iki ölke arasinda münasibetlerin yumşaldiğini görse, söhbetini deyişecek".

Politoloq Razi Nurullayev de hazirda İranin teklenmesi prosesinin getdiyini vurğuladi: "Bir müddet evvel Türkmenistanin herbi baza yaratmaq niyyetine düşmesi İran ve Rusiyaya yönelik bir addim idi. Yeni İran ile Rusiya arasinda böyük münaqişeler yaşana biler, iki ölke bir birinden uzaqlaşa biler. Medvedevle Obama arasinda aparilan söhbetler esnasinda melum olub ki, Amerika ile Rusiyanin bir birinin yaninda olmasi daha yaxşi haldir, neinki bir-birine qarşi olmasi. Bu baximdan İranin teklenmesi prosesi gedir. Bundan sonra proses daha da derinleşecek. Meselelerin kökünde ise ABŞ-in Çexiya ve Polşada REM sistemlerini yerleşdirilmekden imtina etmesi oldu. Rusiya da Kalininqradda raket yerleşdirmekden imtina etdi. Artiq ABŞ-la Rusiya arasinda bir birine strateci zerbe vurmamaq baximindan yaxinlaşma emele gelir". R.Nurullayevin sözlerine göre, artiq Rusiya Putin dövründe olduğu kimi ultimatum dilinde danişmaqdan çekinir: "Rusiya Putinin dövründe ölkelerle daha çox ultimatum dilinde danişirdi. Ancaq artiq zaman deyişib ve ultimatum dili ile danişmaq yolverilmezdir. Bu baximdan Rusiya öz siyasetinde çox düzgün korrekteler etmekdedir".
Politoloq İranin öz siyasetini bir qeder yumşaldacağini da qeyd etdi: "İran bu derecede aqressiv davam ede bilmeyecek. Rusiya bu prosese qoşulandan sonra İran regionda teklenmesini görüb bir qeder yumşalmali olacaq. Bunun üçün Ehmedinecad ölkesinde proqressiv düşünen ekspertlerin meslehetlerini nezere almalidir. Eger deyilenlere qulaq asmasa, öz şexsi ambisiyalari baximindan fikir yürütse, mesele daha da derinleşe biler. Ancaq fikrimce, İranin münasibetlerinde müeyyen yumşalmalar olacaq ve yaxin zamanlarda Amerikaya doğru müeyyen addimlar atila biler".

Fizze

http://azadliq.az/?p=29322


share this: facebook

Friday, September 25, 2009

Azərbaycanı "çeçen oyunu"na qatmaq istəyi, ya...

Razi Nurullayev: "Kadirov özü de Azerbaycandan Çeçenistana silah ötürülmesine inanmir"

Hikmet Hacizade: "Ola bilsin ki, dağ ciğirlari ile çeçenlere silah ötürülür"

clip_image001 Artiq neçenci defedir ki, Rusiya terefi, Gürcüstanla yanaşi, Azerbaycani da Çeçenistandaki döyüşçüleri silahlandirmaqda ittiham edir. Sonuncu bele ittiham Çeçenistan prezidenti Ramzan Kadirov terefinden ireli sürülüb. Onun sözlerine göre, Gürcüstan ve Azerbaycanda sovet silahlari ile dolu anbarlar yerleşir.
   Ele buradan da silahlar quldurlara gönderilir. Lakin nedense, Kadirov bu silahlarin hansi yollarla Çeçenistan erazisine getirilmesinden danişmayib. Serhedi ise, Azerbaycan Dövlet Serhed Xidmetile yanaşi, Rusiya Federal Tehlükesizlik Xidmeti mühafize edir. Kadirovun sözlerinden bele çixir ki, Rusiya FTX-si ya serhedi mühafize ede bilmir, ya da meqsedli şekilde çeçen döyüşçülerine silah ötürülmesine şerait yaradir.
   Ekspertler Kadirovun, hemçinin Rusiyanin ayri-ayri hökumet nümayendelerinin bu tipli açiqlamalarini atilmasi planlaşdirilan addimlara zemin yaratmaq cehdi kimi qiymetlendirir.
   Yeni Rusiya Dumasi prezidente terrorçuluqla mübarize üçün diger dövletlerin erazilerinde herbi emeliyyatlar aparmaq barede qerar qebul etmek selahiyyeti verib. Gürcüstan, Azerbaycan ve diger ölkelerde Rusiyaya qarşi terrorçularin olduğu aşkar edilerse, resmi Moskva hemin erazilerde herbi emeliyyatlar apara biler.
   Bu menada, ekspertler Kadirovun açiqlamasinin daha çox siyasi maraqlara xidmet etdiyini düşünür.
   Bildirilir ki, Azerbaycandan çeçen yaraqlilarina silah ötürülmesi realliqda mümkün deyil. Azerbaycanda istifade olunan silahlar Rusiya istehsalidir. Hem de ölkemizin silaha ehtiyaci olduğu ve bu saheye xeyli vesait serf etdiyi bir vaxtda çeçenlere silah ötürmesi mentiqe siğmir. Söhbet "El-Qaide" kimi terror teşkilati üzvlerinin Çeçenistana keçmesinden gede biler ki, bu halda da mesuliyyeti Azerbaycan yox, Rusiya serhedçileri daşiyir.
   Politoloq Razi Nurullayevin sözlerine göre, Kadirov özü de Azerbaycandan Çeçenistana silah ötürülmesine inanmir: "Azerbaycanin Çeçenistanla birbaşa serhed xetti yoxdur. Silah Azerbaycandan Gürcüstana, Gürcüstandan ise Çeçenistana keçirilmelidir. Bes, Rusiya serhedçileri hara baxir? Ona göre de, men bu kimi meseleleri qeyri-ciddi qebul edirem".
   R.Nurullayevin sözlerine göre, ortada Rusiya-Azerbaycan münasibetlerinin gerginleşdirmek cehdleri ola biler: "Kimlerse Azerbaycan erazisinden herbi emeliyyatlar meqsedile istifade etmek isteyir. Çeçen yaraqlilarina qarşi mübarizeye Azerbaycani da celb etmek isteyirler. Zennimce, Kadirovun açiqlamasi daha çox Gürcüstana qarşi yönelib.
   Rusiya nezere almalidir ki, Azerbaycan Gürcüstan deyil".
   Politoloq Hikmet Hacizadenin sözlerine göre, Kadirov bu tipli açiqlamalarini hele uzun müddet davam etdirecek: "Ne qeder ki, çeçen müharibesi gedir, bele açiqlamalar olacaq.
   Mesele burasindadir ki, Çeçenistana silah ötürmek üçün başqa yol yoxdur. Bu yol Gürcüstan erazisindendir. Ola bilsin ki, dağ ciğirlari ile çeçenlere silah ötürülür. Bunu sübut etmek lazimdir. Kadirov dediyini sübut etmelidir".

Ruslan XELİL

http://www.baki-xeber.com/2009/09/25/get=33854


share this: facebook

Ebiyevin Moskva seferi ne meqsed daşiyir?

23 September, 2009, 23:27

sefer_ebiyev17

Razi Nurullayev: “Bu sefer son zamanlar Azerbaycan hakimiyyetinin yürütdüyü siyasetin mentiqi neticesidir”

Üzeyir Ceferov: “Ebiyevin seferinden derhal sonra NATO resmilerinin Baki seferleri intensivleşecek”

Müdafie naziri Sefer Ebiyevin Rusiyaya seferi ve orada ikiterefli emekdaşliği nezerde tutan senedler imzalamasini ekspertler heç de birmenali qarşilamayiblar. Xüsusile bu seferin Müdafie Nazirliyinde Beynelxalq Elaqeler ve Avroatlantika İnteqrasiya İdaresinin adi deyişdirilerek Beynelxalq Herbi Emekdaşliq İdaresi adlandirilmasinin fonuda baş vermesi bezi suallar doğurub. Bundan başqa ekspertlerin fikrince, ABŞ-in Polşa ve Çexiyada raketden müdafie sistemlerinin yerleşdirilmesinden resmen imtina etmesi diqqetden yayinmamalidir. Çünki ABŞ-in bu addimi Qebele RLS-in birge istifadesiyle bağli mövzunu yeniden gündeme getire biler.

AXCP sedrinin müavini Razi Nurullayevin fikrince, Azerbaycanin müdafie nazirinin Rusiyaya seferi heç de tesadüfi deyil. R.Nurullayev hesab edir ki, bu sefer son zamanlar Azerbaycan hakimiyyetinin yürütdüyü siyasetin mentiqi neticesidir: “Rusiya prezidenti Dmitri Medvedev bu posta seçilenden Dağiliq Qarabağ danişiqlarinin gedişatinda müeyyen irelileyişler nezere çarpib. Danişiqlarin gedişatinda da müeyyen neticeler, işğal altindan olan yeddi rayonun qaytarilmasi niyyeti hiss olunmaqdadir. Bu fonda Rusiyanin Azerbaycana daha yaxin siyaset yürütmesi üçün müeyyen addimlar atilir. Bu baximdan növbeti gediş kimi Rusiya ile müxtelif sahelerde, o cümleden herbi sahede emekdaşliqla bağli senedlerin imzalanmasi gözlenile biler”. Azerbaycanla Rusiyanin yaxinlaşmasina Qerbin nece reaksiya vereceyine gelince ise R.Nurullayev bildirdi ki, artiq Rusiya müeyyen menada öz qonşulari ile ultimativ dilde yox, anlaşma ve qarşiliqli maraqlar baximindan yanaşmağa başlayib: “ABŞ-la Rusiya arasinda uzun müddetdir gergin olan münasibetler düzelmeye başlayib. Gürcüstana qarşi tecavüzden sonra gerginleşen NATO-Rusiya münasibetleri de yoluna düşüb. NATO Rusiyaya bir sira meselelerde emekdaşliq üçün artiq müraciet edib. ABŞ-in Polşa ve Çexiyadaki planlarindan imtina etmesi de aradaki gerginliyi xeyli azaldib. Bütün bunlarin fonunda ise Azerbaycanin da Rusiya istiqametinde müeyyen addimlar atmasi üçün el-qolu açilmiş olur”.

Herbi ekspert Üzeyir Ceferov ise hesab edir ki, S.Ebiyevin seferinin hazirki qeyri-müeyyen geosiyasi duruma tesadüf etmesi heqiqeten de bir sira suallar doğurur. ABŞ-in Çexiya ve Polşadaki planlarindan müveqqeti imtinasinin Rusiyani herekete getirdiyini deyen Ü.Ceferov qeyd etdi ki, Rusiya gözel anlayir ki, ABŞ öz diqqetini bir müddet sonra Qebele RLS-e yönelde biler. Bu baximdan sefer zamani mehz Qebele RLS-le bağli planlarin müzakire olunmasi istisna edilmemelidir: “Rusiya ABŞ-in Cenubi Qafqaz regionuna gelişini mümkün qeder engelemeye çalişir. Gürcüstanla bağli artiq her şey melumdur. Bu ölke NATO ile emekdaşliqda üzvlüye qeder getmeye hazirdir. Azerbaycan ise helelik tereddüdler içerisindedir. Bir terefden Azerbaycan ordusunun qerargah, baş qerargah, emeliyyat idareleri NATO standartlarina uyğun hazirlanir. Diger terefden ise Azerbaycan Rusiyanin ali mekteblerinde özüne herbi kadrlar hazirlamaği planlaşdirir. Bunlar düşünürüem ki, perspektivi olmayan meselelerdir. Cenubi Qafqazda Gürcüstandan sonra növbenin Azerbaycan olacaği şübhesizdir”. S.Ebiyevin seferinden derhal sonra NATO resmilerinin Baki seferlerinin intensivleşeceyini istisna etmeyen Ü.Ceferov vurğuladi ki, hetta hansisa meqamlarda gözlemediyimiz mesaclarla üzleşe bilerik. Cenubi Qafqazin getdikce böyük dövletlerin daha çox maraq dairesine daxil olduğunu deyen Ü.Ceferov bildirdi ki, yaxin zamanlarda region geosiyasi maraqlarin toqquşduğu mekana çevrile biler.

Xeyal

http://azadliq.az/?p=28923


share this: facebook

Sunday, September 20, 2009

Ermeniler serhed açilimi evezine rayonlari qaytaracaq?

DSC00609 Razi Nurullayev: “Qarabağ etrafinda olan rayonlarin Türkiye-Ermenistan sazişinden sonra qaytarilacaği realdir”

Rasim Musabeyov: “Türkiye Ermenistanla serhedlerin açilmasini Qarabağ problemiyle müeyyen derecede sinxronlaşdirir”

Artiq bir müddetdir ki, metbuatin gündeminde olan esas mövzulardan biri de Türkiye-Ermenistan serhedlerinin açilmasidir. Her öten gün iki ölke arasinda imzalanacaq protokollarin dettalari barede metbuatda daha etrafli melumat derc olunur. Amma prtokolda eksini tapmasa da serhedlerin açilmasi müqabilinde Azerbaycanin Qarabağ etrafindaki 7 rayonunun işğaldan azad olunacaği vurğulanmaqdadir. Türkiye rehberliyinin açiqlamalarindan da bele görünür ki, işğal altinda olan Azerbaycan erazilerinin qaytarilmasi real ola biler. Bes göresen yerli politoloqlar bu istiqametde ne düşünürler?

AXCP sedrinin müavini Razi Nurullayevin fikrince, Türkiye-Ermenistan arasinda geden danişiqlarda müzakire predmetlerinden birinin mehz Azerbaycanin işğal altinda olan erazileri olduğu şübhesizdir: “Düşünürem ki, Qarabağ etrafindaki rayonlarin qaytarilmasi real ola biler. Amma bir çox şertler Ermenistan hakimiyyetinin davranişlarindan asilidir. Çünki Serkisyan ölke daxilindeki siyasi qüvveleri razi sala bilecekse, o zaman vedine uyğun addimlar atacaq. Eksi proses danişiqlarin gedişati üçün yaxşi heç ne ved etmir”.

R.Nurullayevin qenaetince, Azerbaycan torpaqlarinin azad olunmasi protokolda öz eksini tapmasa da, müzakire predmetidir: “Prtokolun iki dövlet arasinda imzalanmasi hele onun qüvveye minmesi demek deyil. Ola biler ki, Türkiye protokol imzalanandan sonra Ermenistana tezyiq edecek ki, Qarabağ etrafindaki rayonlari Azerbaycana qaytarsin. Ankara bunun edilmeyeceyi teqdirde senedin qüvveye minmeyeceyini resmi Yerevanin diqqetine çatdira biler”.
Politoloq Rasim Musabeyov ise hesab edir ki, Türkiye-Ermenistan serhedlerinin açilmasi birbaşa olaraq Azerbaycanin işğal altinda olan erazilerinin qaytarilmasindan asili deyil: “Hazirda Türkiye ile Ermenistan arasinda serhedlerin açilmasi istiqametinde qizğin danişiqlar aparilir. Ve bu meselenin sirf Azerbaycan torpaqlarinin azad olunmasindan asili olduğunu iddia etmek düzgün yanaşma deyil. Amma Türkiye Ermenistanla serhedlerin açilmasini Qarabağ problemiyle müeyyen derecede sinxronlaşdirir”.

Xeyal

http://azadliq.az/?p=28725


share this: facebook

Tuesday, September 15, 2009

Antirusiya bəyanatı nədən xəbər verir?

15 September, 2009, 21:13

razi-nurullayev4Razi Nurullayev: “Ola bilsin Azərbaycan Rusiyadan kənar gedən kəmərləri dəstəkləsə də, digər tərəfdən artıq mövcud borularda onun maraqlarını nəzərə alır”

Xəzər statusu, enerji məsələləri ilə bağlı danışıqlarda Rusiyanın əsas məqsədi Qərbi bu regiona yaxın buraxmamaqdır. Dörd Xəzəryanı dövlət başçısının Aktau görüşü də məhz buna hesablanıb. Lakin prezident İlham Əliyevin görüşü vaxtından əvvəl tərk etməsi, Rusiya prezidenti ilə gözlənilən görüşün baş tutmaması, həmçinin bu günlərdə sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun Polşada keçirilən iqtisadi forumda səsləndirdiyi fikir Azərbaycanın fərqli mövqedə olmasına işarə edir. Belə ki, nazir müavini heç vaxt Rusiyadan yan keçən qaz kəmərlərinin çəkilişinə maneçilik törətməyəcəklərini deyib. Onun sözlərinə görə, Azərbaycan hər zaman Avropaya alternativ qaz tədarükü layihələrində fəal iştirak edib və edəcək. Bütün bunlar Azərbaycanın enerji məsələsində daha çox Qərbə üz tutmasının göstəricisi sayıla bilər.
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev Rusiyaya qarşı belə bir bəyanatın verilməsinə bir qədər şübhə ilə yanaşdığını vurğuladı: “Burda hər hansı digər məqam olmalıdır ki, belə bir fikir bildirilsin. Ola bilsin,  Azərbaycan Rusiyadan kənar gedən kəmərləri dəstəkləsə də, digər tərəfdən artıq mövcud borularda onun maraqlarını nəzərə alır. Azərbaycan Rusiyadan kənar layihələrdə iştirak edə bilər və bəyanatlar verə bilər. Ancaq bu razılaşdırılmış məsələ də ola bilər. Yəni Rusiyaya qarşı hər hansı bir addım olanda Azərbaycan buna qarşı çıxacaq”. Politoloq son zamanlar Türkmənistanın da Rusiyanın maraqlarına zidd addım atdığını yada salaraq, bütün məsələlərə kompleks şəkildə yanaşmağın vacibliyini vurğuladı: “Problemlərə kompleks şəklində baxmaq olar. Türkmənistan Xəzər dənizində hərbi donanma yaratmaqla bağlı qərar qəbul etdi. Bunun ardınca Berdımuhəmmədov ölkəsinin Nabuccoya qoşulacağını bəyan etdi. Bu da Rusiyanın maraqlarına ziddir. Çünki belə olan halda Türkmənstan qazı Rusiyadan yan keçəcək. Medvedev Türkmənistandan istədiyini ala bilməyib. Yəni bütün bunlar  regionda Rusiya ilə İranın təklənməsinə yönəlik hərəkətdir. Ola bilsin ki, Azərbaycan da bu məsələlərdən ruhlanaraq belə bir bir addım atır”.

Fizzə

http://azadliq.az/?p=27785


share this: facebook

İran Azərbaycanla Xəzərin statusuna dair ikitərəfli sazişdən yayınır

Razi Nurullayev: "İran isə bu müqavilənin şərtlərini tanımır"


İran iştirak etmədiyindən Aktauda Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya prezidentlərinin görüşündə Xəzərin statusu məsələsi müzakirə edilmədi. Görüşə dəvət edilməyən İran bunu çox sərt qarşılayıb. Rəsmi Tehran sammitə dəvət olunmamasına kəskin etiraz edərək bəyan edib ki, onun iştirakı olmadan Xəzərin statusunun müzakirəsi yolverilməzdir.
   Rusiya prezidenti də mətbuata açıqlamasında bildirib ki, sammitdə daha çox dünyadakı iqtisadi məsələlər müzakirə olunacaq.
   Amma bütün bunlara baxmayaraq, sammit daha çox Xəzərin statusu məsələsini gündəmə gətirdi.
   Statusla bağlı Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeləri aydındır. Hər üç dövlət Xəzərin dibinin bərabər, su səthinin isə sərhədlərə görə bölünməsinin tərəfdarı olsa da, İran və Türkmənistan dənizin beş ölkə arasında bərabər bölüşdürülməsini istəyir. Düzdür, Türkmənistanın mövqeyində müəyyən yumuşalmalar müşahidə olunsa da, İran əvvəlki təkliflərindən geri çəkilməyib.
   Hətta İran digər Xəzəryanı dövlətlərdən fərqli olaraq Azərbaycanla ikitərəfli müqavilə bağlamayıb.
   Dənizin dibinin bölünməsinin aralıq xəttinin müəyyən edilməsi məsələsində Azərbaycan, eləcə də Rusiya və Qazaxıstan beynəlxalq sənədlərə əsaslanır. Dənizlərin, göllərin və s. sərhədlərini təyin edən xətlərin çəkilməsi həmin sənədlərin bazasında həyata keçirilir. Azərbaycan mövcud metodikaları tətbiq edib və öz orta xəttini müəyyən edib. Daha sonra Rusiya da həmin metodika ilə öz xəttini işləyib. Qazaxıstan da bu metodikanın tərəfdarı olub. Bu üç dövlət beynəlxalq təcrübə, bu hüquqi sahədə fəaliyyət göstərən beynəlxalq sənədlər əsasında saziş bağlayıb. Türkmənistan isə orta xəttin müəyyən edilməsinin tamamilə başqa, dünyanın heç bir yerində tətbiq edilməyən metodikasını irəli sürür - bu, "en dairəsi metodu"dur. Lakin bu metod ideal kvadrat olduğu halda tətbiq olunur. Xəzər dənizi isə kvadrat formaya deyil, girintili-çıxıntılı sahil xəttinə, ada və yarımadalara malikdir.
   Müşahidələr göstərir ki, Türkmənistan status məsələsində ortaq məxrəcə gəlmək niyyətindədir. İran isə heç bir konvensiyaya söykənməyən mövqeyindən əl çəkmək istəmir. Politoloq Razi Nurullayev qəzetmizə açıqlamasında bildirdi ki, İranla Azərbaycan arasında Xəzərin bölünməsilə bağlı tam aydınlıq yoxdur: "Xəzərin Azərbaycana aid hissəsində yerləşən yataqlarla bağlı İranın iddiası var. Məsələ burasındadır ki, İranla Azərbaycan arasında Xəzərin bölünməsilə bağlı tam aydınlıq yoxdur. Həmçinin ərazi sularının bölünməsilə bağlı problem var. Azərbaycan SSRİ dövründə İranla bağlanan müqaviləyə əsaslanır. İran isə bu müqavilənin şərtlərini tanımır. Düzdür, Azərbaycanın Türkmənistanla da müqaviləsi yoxdur. Amma Türkmənistan Avropa Birliyinin emissarlarının şirnikləndirici təkliflərindən sonra iddialarından geri çəkilməyə razılaşıb. Türkmənistanın Xəzərdə hərbi donanma yaratması da Avropa Birliyi və Azərbaycanla razılaşdırılmış bir addımdır. Türkmənistan müstəqil siyasət yürütmək istəyir ki, bu da Rusiyanın maraqlarına cavab vermir".

Ruslan XƏLİL

http://www.baki-xeber.com/2009/09/15/get=33482


share this: facebook

Məmmədyarov niyə 6 gün Amerikada qalacaq?

15 September, 2009

elmar_memmedyarov8Araz Əzimovdan sonra nazirin ABŞ-a səfəri Türkiyə-Ermənistan münasibətləriylə izah olunur
BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edəcək xarici işlər naziri Elmar Məmmədyarovun səfəri bu dəfə əvvəlkilərə nisbətən daha uzun sürəcək. Xarici Işlər Nazirliyinin mətbuat xidməti səfərin bir qədər uzun keçməsini BMT Baş Məclisi çərçivəsində GUAM-ın üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasıyla izah edib.
BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyinə eyni zamanda GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri, Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətlə bağlı müzakirələr daxil edilib. Bəzi ekspertlərin fikrincə, Məmmədyarovun səfərinin daha uzun çəkməsi Türkiyə-Ermənistan danışıqları, Qarabağ problemiylə bağlıdır. Onu da qeyd edək ki, bir müddət əvəl xarici işlər naziri Araz Əzimovun da ABŞ-a uzunmüddətli səfəri reallaşmışdı.
AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, E.Məmmədyarovun bu cür uzunmüddətli səfəri bir neçə amillə bağlı ola bilər. R.Nurullayev hesab edir ki, onlar sırasında Azərbaycan hakimiyyətinin ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurmaq istəyi də ola bilər: “ABŞ-ın yeni administrasiyasının Azərbaycan hökumətinə münasibəti birmənalı deyil. Corc Buş administrasiyası ilə vaxtilə yaradılan əlaqələr bu gün yoxdur. Ona görə də Azərbaycan hökuməti yeni administrasiya ilə bu sahədə olan boşluğu doldurmaq istəyir”. Səfərin müddətinin Ermənistan-Türkiyə sərhədlərinin açılması və Qarabağ probleminin həllinə görə uzadılması fikrinə gəlincə, R.Nurullayev bunu istisna etmir. “ABŞ hazırda Qarabağ probleminin həlli istiqamətində səylərini artırıb. Görünür, Məmmədyarovun da səfərinin uzanmasının səbəbi Qarabağ probleminin həllində tərəflərin mövqeyini yaxınlaşdırmaq, Azərbaycandan daha çox kompromis əldə etməkdir”, deyə R.Nurullayev vurğuladı.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, BMT Baş Assambelyasının 64-cü sessiyasında iştirak etmək üçün E.Məmmədyarovun ABŞ-a 6 günlük səfərində qeyri-adi heç nə yoxdur. E.Şahinoğlu bildirdi ki, E.Məmmədyarov BMT Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yeni qətnamə irəli sürməyəcək: “Rəsmi Bakı üçün BMT-də bundan əvvəl qəbul edilən qətnamələr yetərlidir, görünür, əlavə diplomatik enerji xərcləməyə ehtiyac yoxdur. Məsələnin qəliz tərəfi bir də ondadır ki, oxşar qətnamələri irəli sürərkən, bir qrup dövlət ərazi bötüvlüyünə səs verməyin ya əleyhinə olur, ya da bitərəf qalır. Bu bir tərəfdən yaxşıdır ki, dostlarını və düşmənlərini tanıyırsan, o biri tərəfdən isə ikincilərlə münasibətlərdə müəyyən problemlər yarana bilər. Məsələn, bugünlərdə Gürcüstan ”GUAM ərazisində dondurulmuş münaqişələr və onların sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” məsələsi əsasında BMT Baş Assambleyasının Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlərlə bağlı qətnaməni səsverməyə çıxarmışdı”.
Ölkənin baş diplomatının okeanın o tayına yalnız BMT sessiyasında iştirak və orada çıxış etmək üçün yollanmadığını deyən E.Şahinoğlu bildirdi ki, onu ABŞ-da ikitərəfli görüşlər və müxtəlif mövzuların müzakirəsi gözləyir: “Bu sırada Dağlıq Qarabağ münaqişəsinin həlli, Türkiyə-Ermənistan münasibətlərinin durumu, ABŞ-la strateji əlaqələrin inkişafı yollarının müzakirəsi dayanır. ABŞ Minsk qrupuna yeni həmsədr təyin edib. Yəqin Məmmədyarov onunla da görüşəcək. Amerikalı həmsədr Robert Bradtkenin Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı maraq doğurur. Azərbaycanda  yeni həmsədrə müəyyən qədər ehtiyatlı yanaşma müşahidə olunur. Bu da onunla bağlıdır ki, Bradtke vaxtilə Kosovonun müstəqilliyini dəstəkləyənlərdən biri idi. Ancaq ABŞ və ümumiyyətlə, Qərbin Kosovo ilə Dağlıq Qarabağ arasında fərq qoyduqlarını da unutmamaq lazımdır. Odur ki, Bratkenin Dağlıq Qarabağ münaqişəsinin həllində Metyu Brayzadan fəqli mövqe ortaya qoyacağını gözləmək yersizdir”.
E.Şahinoğlunun fikrincə, amerikalı həmsədr Məmmədyarovla görüşdə onu yanaşmanın dəyişməyəcəyinə inandırmağa çalışacaq. Məmmədyarovun türkiyəli və erməni həmkarlarıyla görüşlərinin də gözlənildiyini deyən ekspert sonda əlavə etdi ki, Türkiyənin xarici işlər naziri ilə görüşdə Türkiyə-Ermənistan arasındakı dialoqa bir daha nəzər yetiriləcəyi şəksizdir.
Xəyal

http://azadliq.az/?p=27435


share this: facebook

Friday, September 11, 2009

AXCP-də daha bir yeni təyinat

Razi Nurullayev partiya sədrinin müavini oldu

11 September, 2009, 20:42

razi-nurullayev12

AXCP sədri Əli Kərimli yeni kadr təyinatı ilə bağlı növbəti sərəncam verib. Sərəncamla Razi Nurullayev partiya sədrinin xarici əlaqələe üzrə müavini vəzifəsinə təyin olunub.
Razi Nurullayev 1971-ci ilin 1 aprelində İmişli rayonunda anadan olub. 1989-1991-ci illərdə hərbi qulluqda olub. 1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakultəsini bitirib. Cənubi Rusiya Humanitar İnstitutunda ikinci ali təhsil alaraq hüquq peşəsinə yiyələnib. 2009-cu ildə ABŞ-da Kolumbiya Universitetinin Beynəlxalq və Dövlət İşləri Məktəbində ixtisasartırma kursunu, 2004-cü ildə Kanadanın Con Abbot Kolecində Beynəlxalq İnsan Hüquqları üzrə tam kursu bitirib. Bundan başqa, Malayziya, Tailand, Cənubi Koreya, İsveç, Hollandiya, Türkiyə, Yunanısatan, Böyük Britaniya, Fransa, Şri Lanka və digər ölkələrdə ixtisasartırma kurslarını bitirib.
İndiyə kimi dünyanın 60-dan çox ölkəsində işgüzar səfərlərdə olub.
1999-cu ildə Demokratik islahatlar Uğrunda Cəmiyyət İB-ni təsis edib və onun həmsədridir. 2005-ci ildə YOX Hərəkatını təsis edib və kordinatoru olub. Elə həmin ildə parlament seçkilərində müstəqil namizəd kimi iştirak edib.
Bir neçə kitabın və elmi məqalələrin müəllifidir. Yazıları yerli və xarici mətbuatda dərc olunub.

http://azadliq.az/?p=26931


share this: facebook

AB-nin yeni Cənubi Qafqaz strategiyası nə vəd edir?

Razi Nurullayev: “Bu planlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynayacaq”

11 September, 2009, 23:26

razi-nurullayev3

Avropa Birliyi - Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir. Birliyə sədrlik edən İsveç üzv ölkələrdən, Cənubi Qafqazın bu üç ölkəsi ilə əlaqələri daha da dərinləşdirməyi nəzərdə tutan bir planın cızılmasını istəyib. Artıq sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri həmin plan barədə fikirləri müzakirə edəcəklər. Avropa Birliyinin əsas narahatlığı regionun sabitliyi ilə bağlıdır. Birlik Rumıniya və Bolqarıstana genişlənəndən sonra Qara dəniz regionunun əhəmiyyəti kəskin artdı. Digər məsələ isə enerci, xüsusilə də Azərbaycan və Gürcüstandan neft və qaz tranziti kimi istifadə olunması məsələsidir.
“Azadlıq” radiosunun Brüsseldəki əməkdaşı Ahto Lobyakasin yazdığına görə, yeni strategiya Birliyin əvvəlki siyasətindən tam fərqli bir yanaşma nəzərdə tutmur. Təşkilatın məqsədi üç ölkədə qanunların və siyasətin mümkün qədər Avropa standartlarına yaxınlaşdırlmaqdır. Artıq hər üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub. Bu razılaşmaların tətbiqi azad ticarətə və vizaların verilməsində liberallaşmaya gətirib çıxara bilər. Amma yeni strategiyada Avropa Birliyinə üzvlükdən söhbət getmir.
Maraqlıdır ki, strategiya barədə fikirlər ortaya çıxanda Gürcüstan Azərbaycan və Ermənistanla eyni cərgədə müzakirə olunmaq istəməyib. Gürcüstanda hesab edirlər ki, Avropa Birliyi onu Ukrayna ilə bir sırada nəzərdən keçirməlidir.
Avropa Birliyinin təklif etdiyi plan perspektivdə nələri vəd edə bilər?
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Razi Nurullayev Avropa Birliyinin Azərbaycanla bağlı göstərdiyi bütün səylərin diqqətəlayiq olduğunu qeyd etdi. Politoloq təkliflərin yaxın zamanda həyata keçə biləcəyinə ümid etdiyini də vurğuladı: “Zaman keçdikcə bu təkliflər həm Azərbaycanda, həm də o biri dövlətlərdə öz yerini tutacaq. Çünki bu artıq zamanın tələbidir. Azərbaycan yaxın qonşuluq siyasəti, eyni zamanda Şərq tərəfdaşlığı proqramına qoşulub və öhdəliklər götürüb. Həmin öhdəliklərin necə yerinə yetirilməsini Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi diqqətində saxlayır, vaxtaşırı hökumət nümayəndələri ilə görüşlər keçirilir. Bu baxımdan Azərbaycanın və qonşu dövlətlərin demokratikləşməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün bu səylər diqqətəlayiqdir”. R.Nurullayevin sözlərinə görə, Avropa Birliyi ölkələrini proseslərə cəld etməklə demokratikləşdirməyə çalışır: “Avropa Birliyi qurumları ölkəni tənqid etmək, müxtəlif sankisiyalar tədbiq etməklə deyil, onları proseslərə cəlb etməklə demokratikləşdirmək yolunu tutublar. Buna addımlar da məhz ona görə atılır. Azərbaycan neft-qaz ixracatçısı, Gürcüstan isə tranzit ölkə kimi Avropa Birliyinin marağındadır. Neft və qaz amili Azərbaycanın demokratikləşməsi üçün nə qədər böyük problemlər yaratsa da, Avropa Birliyi bu amillərdən istifadə edərək ölkəmizdə demokratiyanın inkişafına yol açmaq istəyir. Politoloq atılan addımların ölkədə demokratiya üçün müəyyən rol oynayacağını da vuğluladı: “Bu planları yüksək dəyərləndirirəm və hesab edirəm ki, bunlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynaya bilər. Eyni zamanda viza reciminin yüngülləşdirilməsi, azad ticarət əlaqələrinin genişləndirilməsi, sərhədlərin açılması da proseslərin dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan hökuməti Avropa Birliyinin bir üzvü olmaq istəyirsə, müxtəlif konvensiyalara, öhdəliklərə imza atıbsa, ölkədə də həmin Avropa mühitini, demokratiyanı yaratmalıdır”.

Fizzə

http://azadliq.az/?p=27078
share this: facebook

Türkiyədə ölkədaxili gərginlik artır

9 September, 2009, 22:45

razi-nurullayev2“Tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”

Razi Nurullayev: “İqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir”

Son aylar Türkiyədə iki məsələ, hökumətin kürd problemini danışıqlar yolu ilə həll etmək və Ermənistanla diplomatik münasibətlər qurmaq istəyi ölkə gündəmini zəbt edib. Hər iki məsələ ciddi dirənişlə üzləşib. Xüsusilə də ermənilərlə münasibətlərin yaxşılaşdırılması niyyəti ciddi etirazla qarşılanıb. Ölkənin aparıcı müxalifət partiyaları AKP-ni atmaq istədiyi adımdan geri çəkilməyə çağırıb. Hətta onlardan bəziləri sərt sözlərlə ifadə edib. Bəs hakim partiya atmaq istəyi addımları tək başına həyata keçirə, müxalifətin təpkilərinə sinə gələ biləcəkmi?
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayevin sözlərinə görə, yaxın vaxtlarda Türkiyədə gərginlik bir qədər də artacaq: “Artıq Türkiyədə fırtına öncəsi gəlişmələr yaşanmaqdadır. AKP bununla təkbaşına bacara bilməyəcək. Çünki Türkiyədə sistem Azərbaycandan fərqli olaraq daha demokratikdir. İnsanlar daha açıq gözlü, açıq fikirlidirlər. Bu baxımdan müxalifətin dəstəyini almadan AKP bu işləri təkbaşına edə bilməyəcək. Artıq hakim partiyanın kökləri müəyyən mənada laxlamağa başlayıb. Dövlət Baxçalının baş naziri namuslu olmağa çağırması da bundan xəbər verir. Bu etik cəhətdən düzgün olmasa da, artıq Türkiyə cəmiyyətində əsəblərin nə qədər tarıma çəkildiyindən xəbər verir. Bu cür tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”.
Politoloq hökumətin geri çəkiləcəyinin mümkünlüyünü də vurğuladı: “Yaxın zamanlarda iqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir. Çünki bu artıq cəmiyyətin götürəcəyi yük deyil. Cəmiyyət çəkə biləcəyindən daha çox yüklənib”.

Fizzə

http://azadliq.az/?p=26501


share this: facebook

GƏNCLƏR AXCP-YƏ YÖN ALIR…


10.9.2009
GƏNCLƏR AXCP-YƏ YÖN ALIR…

Fuad Mustafayevin AXCP-dən getməsi partiyaya olan ümidlri xeyli zəiflətdi. Hətta bunun ardınca partiyanın daha bir neçə nüfuzlu üzvünündə partiyanı tərk edəcəyi deyilirdi.
Bu isə faktiki partiyanın ləğvinə qədər gəlib çıxa bilərdi. Amma gənclər arasında ciddi nüfuza sahib olan Razi Nurullayevin AXCP-yə keçidi yeni canlanma yaratdı.

Güman edilir ki, Razi Nurullayevin AXCP-yə gəlişi gənclərində bu partiyaya axınına müsbət təsir göstərəcək.
Güman etmək olarkı partiya sədri Əli Kərimli bu məqamı nəzərə alaraq partiyanın gəncləşməsinə start verəcək və partiya rəhbərliyində gənclərin sayı artırılacaq.

pia.az

http://pia.az/index.php?l=az&m=news&id=1414


share this: facebook

Tuesday, September 8, 2009

AXCP mənə siyasi əqidə baxımdan yaxındır

8 September, 2009  - Azadlıq Qəzeti

razi-nurullayev1

Razi Nurullayev:

“Bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var”

Bu yaxınlarda politoloq Razi Nurullayev AXCP-yə üzv qəbul olundu. R.Nurullayevin niyə məhz AXCP-ni seçdiyini və partiyadakı planlarını öyrənmək məqsədilə ona müraciət etdik.
R.Nurullayev bildirdi ki, Azərbaycandakı siyasi reallıqları nəzərə alaraq bu addımı atıb. AXCP-nin ona siyasi əqidə baxımdan yaxın olduğunu deyən R.Nurullayev vurğuladı ki, eyni zamanda Xalq Cəbhəsini seçməsində partiya sədri Əli Kərimlinin şəxsiyyətinin də rolu olub: “Əli Kərimlinin bu gün apardığı mübarizə hazırkı reallıqlara cavab verir. Əli Kərimliylə birlikdə Azərbaycanda demokratikləşmə uğrunda mübarizəyə qoşulmağa qərar verdim. Hesab edirəm ki, bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var. Məhz bu məqamlar qərarımın verilməsində böyük rol oynadı”.
R.Nurullayevin partiyadakı planlarına gəlincə, o bildirdi ki, müəyyən məqamların sədrlə razılaşdırılmasına ehtiyac var. Konkret məqamlara gəlincə, R.Nurullayev dedi ki, o ilk növbədə AXCP-nin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsini istəyir: “Azərbaycanda baş verən proseslər barədə beynəlxalq aləmin dolğun xəbəri olmalıdır. Azərbaycan müxalifətinin haqq səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bir çox xarici ölkələrdə olarkən hiss edirəm ki, Azərbaycanla bağlı məlumatlar olsa da, real demokratik vəziyyət barədə geniş təsəvvür yoxdur. Əlbətdə ki, real demokratiyanın olmadığı barədə müəyyən təsəvvürlər var. Lakin məhz müxalifətin bu sahədə hansı rol oynaya biləcəyi, hakimiyyətə gələrsə, hansı dəyişiklikləri reallaşdıra biləcəyi barədə bəzən yanlış məlumatlar da var”. AXC-nin bir il hakimiyyətdə olduğu müddətdə ciddi demokratik addımlar atdığını deyən R.Nurullayev bildirdi ki, bunlar barədə də beynəlxalq ictimaiyyətə məlumat verilməlidir.

Hikmət

http://azadliq.az/?p=26155


share this: facebook

AXCP-dən biri getdi, biri gəldi, biri isə yüksəldi

Razi Nurullayev: "İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur"

Qeyd edək ki, AXCP İdarə Heyətinin son toplantısında, həmçinin tanınmış politoloq Razi Nurullayev partiyaya üzv qəbul olunub.
   R.Nurullayev bununla bağlı qəzetimizə açıqlamasında bildirdi ki, onun bu seçimi bir çoxlarında təəccüb yaratsa da, burada qeyri-adi heç nə yoxdur: "Mənim siyasi seçimim heç də partiyalardan gedib-gələnlərin sayı və orada perspektivin olub-olmaması ilə bağlı deyil. Uzun müddət siyasi proseslərdə olan şəxs kimi seçimimi müəyyənləşdirməliydim. İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur. Ona görə də bu partiyanın sıralarında olmaq barədə qərar qəbul etdim və müraciət etdim. Sağ olsunlar ki, müraciətimə müsbət cavab verdilər. Partiya üzvü kimi, nə tapşırıq verilsə, canla-başla onu icra etməyə hazıram".
   Partiya sıralarına "əliboş" gəlmədiyini deyən Nurullayev müəyyən təkliflərinin, ideyalarının olduğunu söylədi: "Bu təklif və ideyaları, hələ ki, bölüşməmişəm. Yaxın vaxtlarda sədrlə görüşüb fikirlərimi bölüşəcəm".

Ruslan XƏLİL

http://baki-xeber.com/2009/09/08/get=33145



share this: facebook