Razi Nurullayev: "Hərbi qarşıdurmanın başlanacağı real deyil"
İran və İsrail arasında söz savaşı dərinləşir. Hələ bir müddət öncə avqustun 22-də sözügedən ölkələr arasında müharibə başlanacağı barəsində deyilənlər isə, həqiqətdə özünü doğrultmadı. Ümumilikdə İran-İsrail münasibətlərini şərh edən politoloq Razi Nurullayev İran-İsrail münasibətlərinin uzun müddətdir gərgin olduğunu deyib. Onun sözlərinə görə, hələ daha öncələr də sözügedən ölkələr arasında hərbi qarşıdurmanın başlanacağı barəsində müxtəlif fikirlər səslənsə də bu reallıqda özünü doğrultmayıb. O, İran-İsrail münasibətlərinin geniş sahəni əhatə etdiyini, burada ABŞ və ərəb ölkələrinin də maraqları olduğunu qeyd edib: "İran və İsrail arasında olan gərgin münasibət 10 illərdir ki, davam edir. İran prezidenti M.Əhmədinejadın avqustun 22-də İsrailin məhv edilməsi ilə bağlı bəyanatının əsasında da dini faktorlar dayanır. Buna görə də, Mahmud Əhmədinejad bəyanatında məhz bu məsələyə toxunub. Konkret vaxtın seçilməsi də buradan meydana çıxıb". İsrailin regionda ərəb ölkələri və ABŞ-la toqquşan maraqları olduğunu deyən R.Nurullayev nə ABŞ-ın, nə də ərəb ölkələrinin 3-cü cəbhənin açılmasına maraqlı olmadıqlarını deyib.
http://olaylar.az/index.php?newsid=1251140394
share this: facebook
No comments:
Post a Comment