Monday, August 24, 2009

"Azərbaycan hökuməti öhdəliklərini yerinə yetirmir"

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının növbəti iclası keçirilib

QayNar: İctimai Birliklərin  “Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası Şurasının növbəti iclası keçirilib. İclasda görülmüş işlər, qərarların icra vəziyyəti ilə baglı geniş müzakirə aparılıb. Koalisiyanın informasiya xidmətinin rəhbəri vəzifəsinə elan olunmuş müsabiqənin nəticəsini müzakirəyə çıxaran Şura üzvləri namizədliyi alternativsiz qeydə alinmış MSŞA koalisiyasının üzvü Nicat Dağların həmin vəzifəyə təsdiq olunması barədə qərar qəbul ediblər.

İclasda Kanadada keçiriləcək PWYP-in (“Ödədiyini açıqla” Beynəlxalq Koalisiyası) konfransına namizədlərin seçilməsi məsələsi də müzakirə mövzusu olub və bununla bağlı səsvermə keçirilib. Nəticədə koalisiya üzvü  Razi Nurullayev (DİUC) Shura üzvlərinin daha çox səsini toplayaraq, 16-18 oktyabr 2009-cu ildə Kanadanın Montreal şəhərində keşiriləcək beynəlxalq konfransda koalisiyanı təmsil etmək imkanı əldə edib. Qeyd edək ki, həmin tədbirə  “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”  Beynəlxalq İdarə Heyətinin üzvü olaraq İnqilab Əhmədov və PWYP-in (“Ödədiyini açıqla” Beynəlxalq Koalisiyası) Strateji Məsləhət Qrupunun üzvü  kimi Qubad İbadoglu da qatılacaq.

Şura üzvləri Azərbaycan hökümətinin ölkə dəyərləndirmə prosesindən keçən zaman  16 fevral 2009-cu ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”  Beynəlxalq İdarə Heyətinin 7-ci  Doha (Qətər) konfransında götürdüyü öhdəliklərin yerinə yetirməməsinə Koalisiyanın münasibətini əks etdirən sənəd  layhəsini də müzakirə ediblər. Bəzi əlavə təkliflər nəzərə alınaraq məsələ ilə bağlı koalisiyanın bəyanatı qəbul olunub.

İclasda hökumətin üzərinə düşən öhdəliklərin yerinə yetirirlməməsi ilə bağlı 25 avqust 2009-cu ildə mətbuat konfransının keçirilməsi də qərarlaşdırılıb. // T.İsmayılov, QayNar


share this: facebook

No comments: