Tuesday, January 12, 2010

Türkiye Azerbaycan üçün tekbaşina mübarize aparir

12 January, 2010

Erdoğanin Moskvaya, Lavrovun Yerevana, Davudoğlunun Londona, Makkeynin ise Tbilisiye seferlerinde hansi bağliliq var?

Türkiye baş naziri Receb Tayyib Erdoğanin Rusiyaya, Rusiya xarici işler naziri Sergey Lavrovun Ermenistana, eyni erefede Türkiye xarici işler naziri Ehmed Davudoğlunun da Böyük Britaniyaya seferi gündemi zebt eden meseledir. Her üç seferde esas müzakire edilecek meseleler Türkiye-Ermenistan serhedlerinin açilmasi ve Dağliq Qarabağ münaqişesinin helli prosesidir. Diqqet çeken meqam ise bu erefede ABŞ prezidentliyine keçmiş namized Con Makkeynin Gürcüstanda keçirilecek enerji sammitine qatilmasidir. Bes ekspertler bu görüşlerden hansi neticeleri gözleyir? Mesele ile bağli politoloqlar Razi Nurullayev ve Zerdüşt Elizadenin fikirleri ile taniş olduq.  

- Aktivleşme neye göredir? Bezi ekspertler aprelde Türkiyenin yeni tezyiqlerle üzleşe bileceyini deyir. Bunu hemin dövrle elaqelendirmek olarmi?

Razi Nurullayev:
- Bu aktivleşme göz qabağindadir. Seferlerin de arasinda bağliliq var. ABŞ, Türkiye, Ermenistan, Rusiya ve Avropanin bezi ölkelerinin tam raziliği olmadan münaqişenin hellinde problemler yaranib. Kimlerse maneçilik töredir. Bu elaqeleri yaratmaq üçün hemin görüşler evvelceden düşünülerek hemin meqama salinib. Türkiye baş nazirinin Rusiyada görüşü zamani müeyyen raziliqlar elde olunarsa, bunun birbaşa Ermenistanda Rusiya nümayendesinin iştiraki ile müzakiresi ve koordinasiya olunmasi meselesi gündemdedir. Yeni meselelerin yerinde hell edilmesi meselesi ortadadir. Meselelerin keskin dönem almasi birbaşa Dağliq Qarabağ münaqişesinin helli ile bağli deyil. Buna sebeb Türkiye ile Ermenistan arasinda imzalanan protokolun hemin ölkelerin parlamentinde tesdiqine yaratdiği problemdir. Hemin ölkeler isteyir ki, Türkiye ve Ermenistan arasinda imzalanan protokollar Dağliq Qarabağ münaqişesinin hellinde birbaşa rol oynamasin.

Zerdüşt Elizade:
- Türkiyeye hecmi hele melum olmayan tezyiq olacaq. Elbette ki, qondarma soyqirim meselesi xoşagelen deyil. Ancaq bu her il tekrar olunan bir merasimdir ve artiq buna öyreşmek vaxtidir. Eger soyqirim Amerika Konqresi terefinden taninsa, bu Türkiye üçün heç ne demek deyil. Bu Türkiye Böyük Millet Meclisi deyil ki, onun qerari qanuni qüvveye malik olsun. Türkiyenin Amerikadan heyati asililiği yoxdur ki, ölmemek üçün bütün şertlerine razilaşsin. Bu asililiq qarşiliqlidir. Qarşiliqli menfeet esasinda qurulmuş münasibetlerdi. Düşünmürem ki, Türkiye aprel ayindan dehşetli derecede qorxur. Seferlere geldikde, Türkiye çox feal xarici siyaset yürüdür. Bu xarici siyaset onun hansisa heyati problemlerinin, dövlet üçün xeyirli, menfeetli olan meselelerin müsbet helline, o cümleden de qonşu Ermenistanla münasibetlerin normallaşmasina yönelib. Amma bu meselede artiq Türkiye öz mövqeyini ortaya qoyub. Deyib ki, Qarabağ meselesinde ciddi irelileyiş olmasa ve Azerbaycan ondan razi qalmasa, biz Ermenistanla serhedleri açmayacağiq. Isteyirler soyqirimi tanisinlar, isteyirler tanimasinlar. Taninma hüquqi baximdan sifra beraber bir aktdir.

- Danişiqlar neticesinde Türkiye Ermenistani güzeşte mecbur ede bilecekmi?

Razi Nurullayev:
- Hesab etmirem ki, Türkiye Ermenistani birbaşa müeyyen güzeştlere getmeye vadar ede biler. Burda Azerbaycan terefinin mövqeyi de çox önemlidir. Azerbaycanin mövqeyi bundan ibaret olmalidir ki, mehz Dağliq Qarabağ münaqişesinin hellinde Türkiyenin rolunu alqişlamaliyiq. Hazirda Azerbaycanla Türkiye arasinda Dağliq Qarabağ münaqişesinin helli ile bağli bir canlanma ve raziliq yoxdur. Türkiye Dağliq Qarabağ münaqişesinin helli ile bağli qeyd etdiyimiz kontekstde, Azerbaycanin iştiraki olmadan, tekbaşina mübarize aparir. Bu ola bilsin ki, Azerbaycanin sergilediyi mövqeden asilidir. Bundan elave Azerbaycanin Türkiye ile yaratdiği problemle bağlidir. Burda bele başa düşürem ki, eger Rusiya bu münaqişenin hellinde Ermenistana birbaşa tezyiq göstermezse, Türkiyenin gösterdiyi neticeler çox böyük effekt vermeyecek. Çünki Türkiyenin Ermenistana böyük tezyiq metodlari yoxdur. Indiye qeder serhedler bağli qalsa da, Ermenistan yaşayib. Serhedlerin bağlanmasi neticesinde yaranan boşluğu Iran vasitesile doldurmağa çalişir ve buna nail olur. Serhedlerin açilmasi Türkiyenin Avropa Birliyine üzv olmasi baximindan vacibdir. Mehz Ermenistan da bunu bildiyine göre öz mövqeyinden geri çekilmir, Dağliq Qarabağ münaqişesinin bu protokollarla elaqesini qirmaq isteyir. Bununla Türkiyenin ona tezyiq göstermek metodlarini heçe endirir.

Zerdüşt Elizade:
- Qerb bunu etmek isteyir. Ancaq Türkiye Qerbe gösterir ki, axi men senden asili deyilem. Eger söz verseydiler ki, Avropa Birliyine Türkiyeni qebul edecekler, onlar yene de hansisa güzeşte gede bilerdi. Ancaq açiq deyirler ki, Türkiyeni qebul etmirler. Iqtisadi münasibetlere geldikde, borc veribler Türkiyeye. Onlar da borclari yavaş-yavaş qaytarir. Bütün dövletler bir-birine borcludur. En böyük xarici ve daxili borc Amerikadadir. Heç kes Amerikani asmir ki? Odur ki, Türkiyeni sixmaq, boğmaq mümkün deyil. 

- Baş verenler sanki Azerbaycana aid deyil. Erdoğan Moskvaya, Davudoğlu Britaniyaya gedir. Azerbaycan ise birbaşa danişiqlarda yoxdur. Buna sebeb nedir?

Razi Nurullayev:
- Azerbaycan danişiqlardan narazidir. Türkiye münaqişeni tekbaşina hell etmek isteyir. Belke bu Türkiyenin iradesinden asili mesele olmayib. Bununla bağli Türkiye terefi sanki bilerekden Azerbaycan terefini proseslerden kenarda qoyur. Bunun arxasinda neyin dayandiğini tam şerh ede bilmerem. Amma Azerbaycan terefi danişiqlardan kenarda qalir. Bu da Azerbaycan rehberliyini çox narazi salir. O baximdan Azerbaycan terefinde bele bir mövqe var ki, siz her hansi bir raziliğa gelseniz, bizim orda iştirakimiz yoxdursa, buna veto qoyacağiq. Ancaq yene de Türkiyenin burda neye nail olmaq istediyini anlamaq olmur. Çünki Türkiyenin addimlarinda müeyyen ardicilliq yoxdur. Amma hesab edirem ki, Azerbaycan terefi bu proseslere qoşulmaq istemir ve müsteqil siyaset aparmaq isteyir.

Zerdüşt Elizade:
- Neftin, qazin qiymetinden, rüşvetin hecminden, büdceden oğurlanan pullardan başqa Azerbaycana heç neyin dexli yoxdur. Qarabağ işğal altindadir, camaat işsizlikden eziyyet çekir, kimse özünü öldürür, orduda esgerler qirilir. Bunlarin heç birinin Azerbaycana aidiyyeti yoxdur. Ancaq Türkiye Azerbaycanla meslehetleşir, mövqeyi nezere alinir. Azerbaycanin mövqeyi hamiya bellidir. Problemin öz erazi bütövlüyü çerçivesinde hellini teleb edir. Düzdür, bir iş görmür. Ancaq sözde teleb edir. Azerbaycanin nefti, qazi ve geosiyasi mövqeyi var. Bunlar nezere alinir.

- Danişiqlarda Azerbaycan üçün xoşagelmez qerar qebul edile bilermi?

Razi Nurullayev:
- Bu tehlüke var. Azerbaycan seçim qarşisinda qoyula biler. Ölkemizin buna qarşi qoya bileceyi heç bir tezyiq metodu yoxdur. Tezyiq metodu bundan ibaretdir ki, Azerbaycan neft kemerinin ventellerini bağlaya biler. Yaxin müqavilelere yeniden baxilmasi meselesini gündeme getire biler. Amma bu da effekt vermeyecek. Istenilen halda Azerbaycan öz neftini satmalidir. Bunun da bazari Avropadir. Bu meselelerde kenara çixa bilmeyecek. Onun üçün de indiki proseslerin müeyyen menada Kosova variantina getmesi tehlükesi yarana biler. Çünki Azerbaycan hazirda tehlükeli mövqe tutub. Birmenali olaraq müeyyen proseslerden kenarda qalib. Bunu ziyan kimi qiymetlendirirem. Eger hemin qüvveler Azerbaycanla bağli qerar qebul ederlerse, Rusiya buna qarşi çixdiğini beyan edecek. Ancaq perde arxasinda bunlarla razilaşa da biler. O zaman Azerbaycanin indiki mövqeyi qat-qat zeifleyecek.

Zerdüşt Elizade:
- Xoşagelmez razilaşma olsa, Azerbaycanin xoşuna gelmese, qebul etmez.

- Bu erefede senator Con Makkeyn Gürcüstana sefer edir. Onun enerji sammitine qatilacaği bildirilse de, seferin perdearxasi terefleri de yox deyil. Bu sefer regiona ne ved edir?

Razi Nurullayev:
- Makkeynin seferi yalniz enerji meselesine göre deyil. ABŞ bir daha Gürcüstani müdafie etdiyini ve onun arxasinda dayandiğini beyan edir. Diger terefden regionda baş verenlerle şexsen taniş olmaq ve bunu Gürcüstan prezidentinin dilinden eşitmek isteyir. Eyni zamanda Azerbaycan ve Ermenistanda demokratik proseslerin hansi yönde getdiyini, orada neler etmeyin mümkünlüyünü müzakire edeceyi gözlenilir. Ümumiyyetle, bu ABŞ vitse-prezidenti Co Baydenin Şerqi Avropa ölkelerine seferi qeder deyere malikdir. Gürcüstani regionda demokratik dövlet kimi qebul edirler. Neye göre Makkeyn Azerbaycan ve Ermenistana sefer etmir? Bu o demekdir ki, biz sizden demokratiya gözleyirik.

Zerdüşt Elizade:
- Makkeyn Cenubi Qafqazla, sirf Gürcüstanla maraqlanir. Siyasi dairelerde olan insandir. Gelir öz mövqeyini bildirmeye. Ancaq düşünmürem ki, seferin Qarabağa bilavasite tesiri ola. Bütövlükde energetika meselesinin Qarabağla bağliliği var. Ancaq teessüf ki, Azerbaycan bu bağliliqdan istifade ede bilmeyib.
Fizze Heyderli

http://azadliq.az/?p=44205#bookmarks


share this: facebook

Tuesday, December 15, 2009

Amerikanın Türkiyəyə təzyiq imkanları yoxdur

15 December, 2009, 12:03

razi_nurullayevRazi Nurullayev: “Klintonun Sərkisyana dedikləri erməni diasporına və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”

Məlum oldğu kimi, dekabrın 10-da ABŞ dövlət katibi Hillari Klintonla Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub. Türkiyənin baş naziri Ərdoğanın Ağ evdə keçirdiyi görüşlərin detalları barədə məlumat verən xanım Klinton ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin qeyd-şərtsiz qurulmasını ardıcıl dəstəklədiyini davam edəcək. Lakin xatırladaq ki, Ərdoğan ABŞ səfəri zamanı ölkəsinin qəti mövqeyini bildirib və Qarabağ münaqişəsini nizama salınmayınca parlamentin protokolları ratifikasiya etməyəcəyini deyib. Bu bəyanatdan sonra ABŞ dövlət katibinin Sərkisyana dedikləri nədən xəbər verir? ABŞ Türkiyəyə təzyiqlərini davam etdirəcəkmi?

Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev ABŞ-ın Türkiyəyə təzyiq göstərə bilməyəcəyini dedi: “Ərdoğan jurnalistlər qarşısında birmənalı şəkildə dedi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Parlament protokolları ratifikasiya etməyəcək. Klintonun Sərkisyana dedikləri erməni diasporuna və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”.

Politoloq Türkiyənin öz mövqeyindən geri çəkilməyəcəyini də vurğuladı: “ABŞ lap əvvəldən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Qarabağ məsələsindən ayırmaq istəyirdi. Azərbaycan ictmaiyyətinin də narahatçılığı bundan ibarət idi. Obama prezident seçilən zaman erməni diasporasına soyqırımı tanıyacağını, ermənilərin mənafeyinə uyğun addımlar atacağını demişdi. Dövlət katibinin belə mövqe sərgiləməsi də bundan irəli gəlib. Amma Türkiyənin öz mövqeyindən geri çəkiləcəyinə inanmıram. Çünki Amerikanın Türkiyəyə o qədər də böyük təzyiq imkanları yoxdur”.

Fizzə

http://azadliq.az/?p=41357


share this: facebook

Gürcüstan yeni müharibəyə hazırlaşır?

8 December, 2009, 11:31

Tiflis ətrafında səngərlərin qazılmasını Rusiyanın mümkün aqressiyası ilə əlaqələndirirlər

Razi Hurullayev: “Gürcüstanın HATO-ya üzv olması Cənubi Qafqazın Rusiya üçün itirilməsinin başlanğıcı olacaq”

Gürcüstanın paytaxtı yenidən bir nömrəli hərbi hazırlıq rejiminə keçirilir. Gürcüstanın “Rezonansi” qəzetinin yazdığına görə, Tiflis ətrafında səngərlər qazılır və müdafiə sədləri çəkilir. Rəsmilər isə mövcud gerçəkliyin Tiflisin müdafiəsi planını zəruri etdiyini söyləyirlər.Razi Nurullayev_profile picture (11)

AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, hazırda Tiflisin müdafəisinin möhkəmləndirilməsi təsadüfi deyil. Gürcüstanın NATO-ya üzvlüyülə bağlı alyans rəhbərliyinin ciddi bəyanatlarının Rusiyanın aqressiv cavabı ilə üzləşəcəyini istisna etməyən R.Nurullayev bildirdi ki, Gürcüstan hakimiyyətinin təhlükəsizlik tədbirləri görməsi anlaşılandır: “Düşünürəm ki, Tiflis ətrafında müdafiə qurğularının yerləşdirilməsi Rusiya tərəfindən müəyyən siqnaların alınmasından irəli gələ bilər. Hazırkı dönəmdə isə NATO-nun Gürcüstanla bağlı planları həqiqətən də Tiflisin müdafiəsini zəruri edir. Çünki Kreml həmişə bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın milli maraqlarına ziddir. Moskva anlayır ki, Gürcüstanın HATO-ya üzv olmasından sonra sıra Azərbaycana gələcək. Bu tendensiya isə Cənubi Qafqazın Rusiya üçün itirilməsi deməkdir”. Rusiyanın yaranmış vəziyyətdə kəskin addımlar atmasının nə dərəcədə real olmasına gəlincə isə R.Nurullayev bildirdi ki, Qərb bu məsələdə Rusiya ilə çox sərt tonda danışmayacaq. Bunun səbəbini isə AXCP yetkilisi Avropanın Rusiya qazından asılı olmasıyla izah edir: “Avropa ölkələri Rusiyanın nəyə qadir, nə dərəcədə aqressiv olduğunu bilir. Ona görə də qaz məsələsində problemlə üzləşməmək üçün Avropa Gürcüstanı məncə, tədricən NATO-ya qəbul edəcək. Amma Gürcüstanın NATO-ya qəbulu prosesi geridönməz prosesdir. Lakin o da nəzərə alınmalıdır ki, ABŞ Gürcüstanı NATO-ya qəbul edərək onu Rusiya qarşısında riskə atmayacaq”.

Xəyal

http://azadliq.az/?p=40671


share this: facebook

Saturday, December 5, 2009

ABŞ-in 2010-cu il proqrami neye hesablanib?

5 December, 2009, 11:29

Razi Nurullayev: “Obama administrasiyasi Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdirecek”

Arif Hacili: “Gelen il deyişikliyin olmasi üçün beynelxalq güclerin indiden emeli işe keçmesi vacibdir”

Azerbaycanda seferde olan ABŞ Dövlet Departamentinin Regional Konfliktler ve Qafqaz Ofisinin direktoru İsen Qoldriç parlamentde temsil olunan iqtidar ve müxalifet partiyalarinin nümayendeleri ile görüşüb. “Yeni Müsavat” qezetinin dünenki sayinda derc olunan melumata göre, tanişliq xarakteri daşiyan görüşde ölkemizde demokratiyanin veziyyeti, 2010-cu ilde keçirilecek parlament seçkileri, Qarabağ münaqişesinin helli, söz ve metbuat azadliği ve diger meselelerle bağli fikir mübadilesi aparilib. Bu barede qezete melumat veren Müsavat deputat qrupunun üzvü, millet vekili Nesib Nesibli bildirib ki, görüşde Qarabağ münaqişesi ile bağli Azerbaycan terefinin istekleri, Azerbaycanda demokratiya ve insan haqlari ile bağli situasiya, elece de diger meseleler müzakire olunub. N.Nesibli vurğulayib ki, Dövlet Departamentinin nümayendesi Azerbaycanda keçirilecek 2010-cu ilin parlament seçkileri ile bağli ABŞ-in yeni bir proqrama başlamaq istediyini millet vekillerinin diqqetine çatdirib. Bu planin özünde neleri ehtiva ede bileceyile bağli suali müxalifet temsilçilerine ünvanladiq.
AXCP sedrinin müavini Razi Nurullayev hesab edir ki, ABŞ-in Azerbaycanda seçkilerle bağli reallaşdirmaq istediyi plan daha çox texniki meseleleri ehate etse de, seçkini özünün demokratik keçirilmesi de gündemde olacaq: “Düşünürem ki, ABŞ gelen il seçki keçirilmesinin texniki cehetleriyle bağli Azerbaycan terefi ile six emekdaşliği nezerde tutur. Burada da meqsed seçkinin daha şeffaf keçirilmesi üçün şeraitin yaradilmasidir. Eyni zamanda QHT-le bağli işe de böyük önem verilecek ki, burada da meqsed vetendaş cemiyyeti ile aktiv işin qurulmasidir”. Amma Buşdan ferqli olaraq Obama admnistrasiyasinin Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdireceyini düşünen R.Nurullayev bildirdi ki, ABŞ Azerbaycanla bağli hansi siyaset yürüdeceyini hazirda müeyyenleşdirme merhelesindedir. AXCP yetkilisinin sözlerine göre, ABŞ-in ölkemize hele de sefir teyin etmemesi mehz bu meqamla bağlidir.
Müsavat Partiyasinin İcra Aparatinin rehberi Arif Hacili ise hesab edir ki, Dövlet Departamentinin temsilçisi ölkedeki real müxalifet qüvvelerinin liderleriyle de analoci görüş keçirmeli idi. A.Hacilinin sözlerine göre, bele bir görüşün keçirilmesi ABŞ-in gelecek addimlarini daha semereli etmekle yanaşi, demokratik qüvvelerde de ABŞ-in növbeti addimlari barede aydin tesevvür yaratmiş olardi: “ABŞ-in Azerbaycandaki sefirliyi ölkedeki real siyasi veziyyeti çox gözel bilir. Ve sefirlik terefinden müxalifet partiyalari ile görüşün teşkil olunmasi, düşünürem ki, daha semereli netice vere bilerdi. ABŞ-in yeni admnistrasiyasinin xarici siyasetinde esas prioritetlerden biri demokratik deyerlerin bütün dünyada yayilmasidir. Bu baximdan 2010-cu ide ABŞ-in ölkemizde keçirilecek parlament seçkilerinin demokratik keçirilmesi üçün cehdler edeceyi istisna deyil”.
2010-cu ilde demokratiyanin inkişafi istiqametinde bir deyişikliyin olmasi üçün indiden emeli işe keçirilmesinin vacib olduğunu deyen A.Hacili bildirdi ki, seçki komissiyalarinin bir siyasi qüvvenin nezaretinden çixarilmasi, Seçki Mecellesindeki mürtece müdealarin deyişdirilmesi, siyasi fealiyyet üçün normal şeraitin yaradilmasi, söz ve metbuat azadliğinin temini bu baximdan önemlidir. “Eger ATET, Avropa Şurasi, Avropa Birliyi ve ABŞ Azerbaycanda gelen illeri normal seçkilerin keçirilmesini isteyirlerse, indiden emeli işe keçerek, hakimiyyete konkret sahelerde islahatlarin aparilmasi üçün tezyiqler etmelidirler”, deye A.Hacili vurğuladi.


Xeyal

http://azadliq.az/?p=40424


share this: facebook

İqtidar Obama administrasiyasina çixiş arayir

4 December, 2009, 12:58

Razi Nurullayev: “Hakimiyyet, görünür, Britaniyadaki menbelerden istifade ederek Qerble olan problemlerini çözmeye çalişir”

Britaniyanin sabiq baş naziri Toni Bleyerin Azerbaycana sefer ederek 6 zavodun temel qoyma merasiminde iştiraki siyasi çevrelerde müzakire mövzusudur. Qerbele münasibetleri kifayet qeder soyuqlaşan Azerbaycan hakimiyyetinin Bleyerle yaxinlaşmasi bu baximdan tesadüf kimi deyerlendirilmir. Onu da qeyd edek ki, bu yaxinlarda Azerbaycanin xarici işler nazirinin müavini Araz Ezimov Böyük Britaniyaya resmi sefer etmişdi. Britaniya şahzadesinin bu günlerde Bakida seferde olmasi ise yuxarida seslenen fikirleri güclendirir. Bir sözle resmi Baki Britaniyaya qarşi reverans etmekle ABŞ-la pisleşen münasibetlerini onun yaxin müttefiqi olan Britaniya vasitesile normallaşdirmağa çalişir.
AXCP sedrinin müavini Razi Nurullayev de hesab edir ki, Azerbaycan hakimiyyetinin son zamanlar Britaniya ile elaqelere önem vermesi Qerble korlanan münasibetlerin berpa etdirilmesi meqsedi daşiyir. Britaniya ile normal münasibetler qurmağin Azerbaycanin da milli maraqlarina cavab verdiyini deyen R.Nurullayev bildirdi ki, bu baximdan Londonla münasibetlerin mehz dövleti maraqlar nezere alinaraq qurulmasi vacibdir: “Hakimiyyetin Britaniya ile yaxinlaşmasi Obama administrasiyasina çixiş aramaq kimi deyerlendirile biler. Hakimiyyet, görünür, Britaniyadaki menbelerden istifade ederek Qerble olan problemlerini çözmeye çalişir”.
Bleyerin seferinin Avropanin bezi dairelerinin de maraqlarina uyğun olduğunu düşünen R.Nurullayev bildirdi ki, bu menafeler enerci maraqlarinin ifadesini özünde eks etdirir.

Xeyal

http://azadliq.az/?p=40267


share this: facebook

Thursday, November 26, 2009

«Azerbaycan cemiyyetinde Rusiyaya inam yoxdur»

26/11/2009 15:32:00

Üç nöqte

Razi Nurullayev: «İqtidarlar arasinda hemişe isti münasibetler olub»

«Rusiyada danişiqlarin bundan sonraki detallari müzakire edilib»Razi Nurullayev_profile picture (2)

Azerbaycan Prezidentinin Rusiyaya seferinden sonra yeni melumatlarin bir-birini evez etmesi  bu seferin hele de gündemden düşmemesine sebeb olub. Münhen görüşünden sonra baş tutmasiyla onsuz da diqqetde olan bu sefer hemin danişiqlarda yeni raziliqlarin elde olunmasiyla bağli yayilan xeberlerden sonra daha da diqqet merkezine keçib. Politoloq Razi Nurullayev «Üç nöqte»ye müsahibesinde  Azerbaycan Prezidentinin Rusiya seferinin «perdearxasi»ndan danişib.

- Azerbaycan Prezidentinin Rusiyaya seferi haqda hansi bilgileriniz var?

- Yeddinci görüşde prezidentler heç bir uğur elde olunmadan, danişiqlarin neticesi sifir nöqtede qalaraq ayrilmişdilar. Eksine, Ermenistan evvelki görüşlerde elde olunan raziliqlardan da qaçmişdi. Münhen görüşünde ise müeyyen yaxinlaşmalar oldu. Müeyyen razilaşmalar var. Onlarin bezileri açiqlanir, bezileri yox. Amma bu birmenalidir ki, irelileyiş var. Ve bu da birmenalidir ki, irelileyişlerin elde olunmasinda Rusiyanin rolu olub. Ona göre de görünür, Azerbaycan Prezidenti bundan sonraki görüşlerin detallari, sonraki merhelelerinin müzakire olunmasi üçün Rusiyaya xoşmeramli sefer edib.

- Azerbaycan Prezidenti Rusiyada yüksek seviyyede qarşilanib. Sizce bu yüksek seviyyede qarşlianma yüksek seviyyeli destek demekdirmi?

- Beli, doğrudan da Azerbaycan Prezidenti Rusiyada çox isti qarşilandi. Hetta orada Prezident İlham Eliyev bele bir ifade işledib ki, eger bütün dövletler arasinda münasibetler Azerbaycanla Rusiya arasindaki kimi olsaydi, heç bir diplomatik münaqişe ve problem olmazdi. Ümumiyyetle, Azerbaycan iqtidari ile Rusiya arasinda, Boris Yeltsinin dövründeki bezi problemleri çixmaqla daima isti munasibetler olub. Hem Azerbaycan rehberliyi Rusiyada, hem Rusiya rehberliyi Azerbaycanda yüksek seviyyede qebul olunub. Bu baximdan men bunu bir istisna hesab etmirem. Yeni hemin görüşlerin davami kimi qiymetlendirirem. Lakin bir neçe fakti da qeyd etmek isteyirem. Rusiya ile Azerbaycan arasindaki indiki münasibetleri men dövletler ve xalqlar arasindaki dostluq kimi qiymetlendirmek olmaz. Bunun da sebebi var. Bellidir ki, Azerbaycan Prezidenti ile Rusiya prezidenti arasinda şexsi dostluq münasibetleri var. Elbette ki, bu şexsi dostluq münasibetleri de dövletlerarasi münasibetlere çox müsbet tesir edir. Amma ümumi baxanda iqtisadi-ticari meselelerde Azerbaycanin partnyoru heç de Rusiya deyil. Bu ölkeler arasindaki mal dövriyyesi yüksek deyil ve Rusiya şirketlerinin de Azerbaycana çox böyük investisiyalari yoxdur. Bu baximdan men hesab etmirem ki, dövletlerarasi münasibetler yüksek seviyyededir. Amma bu şexsi dostluq münasibetleri zemininde bundan sonraki dövletlerarasi münasibetlerde daha da irelileyiş elde edile biler.

- Rusiyaya Azerbaycan cemiyyetinin etimadi arta bilermi?

- Bilirsiniz ki, Rusiya Azerbaycanda birmenali qebul olunmur. Çünki bütün Azerbaycan xalqi bilir ki, Qarabağ münaqişesinin nizamlanmasi birbaşa Rusiyaya bağlidir. Rusiya istese Qarabaği boşaltdira biler. Rusiya ise bunu etmir. Ermenistani özünün forpostu kimi istifade etdiyinden, bu münaqişenin regionda saxlanilmasi onun maraqlarina uyğun olub. Amma indiki bu görüş ve orada seslendirilen bezi fikirler ondan xeber vere biler ki, bir neçe gün bundan önce Münhende keçirilen sefer zamani Ermenistanin bezi kompromislere getmesi ve danişiqlar prosesinde müeyyen uğurlu neticeler elde olunmasi mehz Rusiyanin tezyiqiyle baş verir. Çünki Ermenistana Rusiyadan daha çox tezyiq gösterecek ikinci bir dövlet yoxdur. Ermenistan ne Amerikanin, ne Fransanin, ne de diger dövletlerin sözüne qulaq asan deyil. Bu da ondan ireli gelir ki, Ermenistanin onlara birbaşa bağliliği yoxdur. Başqa sözle desek, onlarla hemserhed de deyil ve ele bir böyük ticari elaqeleri de yoxdur. Eyni zamanda hemin ölkelerde güclü ermeni lobbisi var. Onlar hemin ölkenin siyasetine tesir göstere bilirler. Amma Rusiyada bele deyil. Bu baximdan men hesab edirem ki, mehz Rusiyanin tesiri neticesinde Ermenistan müeyyen güzeştlere getdi ve danişiqlar prosesinde müeyyen uğur qazanildi. Bundan sonra Azerbaycan prezidentinin Rusiyaya xoşmeramli seferi baş tutdu ve orada artiq bu yüksek seviyyeli dostluq haqqinda söhbetler aparildi.

- Azerbaycan Prezidenti Rusiyada seferdeyken Rusiyanin yüksek seviyyeli herbçisinin İrevanda herbi yolu pisleyen beyanatlar verdi. Bu, Azerbaycanin elinden herb kartinin alinmasi demekdirmi?

- Herbi diliyle diplomatik dil tamamile ayri-ayri anlayişlardir. Sadece olaraq ekser hallarda herbçiler de dövletin diplomatik mövqeyinden kenara çixmayan mesajlar seslendirirler. İndiki halda Rusiya herbçisinin bele fikir seslendirmesi Rusiya ve Azerbaycan prezidentlerinin yüksek seviyyeli görüşleri ile eyni vaxta tesadüf etdiyinden hesab etmek olar ki, bu daha çox başqa ölkelere ünvanlanmiş mesajdir, neinki Azerbaycana. Bu, fürsetden istifade ederek ara qarişdirmaq, münaqişenin yeniden alovlanmasina bir katalizator rolu oynamaq ve yaxud regionda müeyyen qarişiqliq yaratmaq isteyen müeyyen qruplara mesaj ola biler. Amma bunu birbaşa Azerbaycana tezyiq vasitesi kimi deyerlendirmek istemezdim.

Qizilgül

http://ucnoqta.az/siyaset/5890.html


share this: facebook

İlham Eliyevin Rusiyaya komplimenti nece qarşilandi?

26 November, 2009, 11:58

Razi Nurullayev: “Rusiya Azerbaycana qarşi heqiqeten semimidirse, qoy, bu münasibeti Qarabağ münaqişesinin helline yöneltsin”

Sülheddin Ekber: “Azerbaycanin en böyük problemi olan Qarabağ münaqişesinin arxasinda Rusiyanin dayandiği heç kime sirr deyil”

İlham Eliyev Rusiya prezidenti Dmitri Medvedyevle görüşünde iki ölke arasindaki münasibetlerden danişib. Prezident bildirib ki, bütün dövletler arasinda münasibetler bele yaxşi olsaydi, dünyada problem yaranmazdi. Amma mesele burasindadir ki, Azerbaycanda heç vaxt Rusiyaya birmenali münasibet olmayib. Bu gün çoxlarinda o fikir hakimdir ki, Qarabağ münaqişesinin illerdir hell olunmamasinin esas sebebkari ele Rusiyadir. Bundan başqa bu dövlet Ermenistana maddi ve herbi yardimlara göre de Azerbaycanda zaman-zaman qinaq obyektine çevrilib. Bele bir şeraitde dövlet başçisinin Rusiyaya ünvanlanan siyasi komplimenti müxtelif reyler yaradir.DSC01359

AXCP sedrinin müavini Razi Nurullayev bildirir ki, Rusiya ve Azerbaycanin dövlet başçilari seviyyesinde dostluq elaqeleri var. Amma bu dostluq dövletlerarasi münasibetlerde nezere çarpmir: “Belke de başqa ölkelerin liderleri bele dostluğa qisqancliqla yanaşir. Amma dövletlerarasi münasibetlerde bu dostluğun ve bu qeder yaxin münasibetlerin şahidi deyilik. Hesab edirem ki, Rusiya ile Azerbaycan arasinda kifayet qeder problemler var. Bu problemler iqtisadi sahede de mövcuddur. Rusiya Azerbaycanin iqtisadi ve ticari sahede heç de önde eden terefdaşlarindan deyil. Rusiya Azerbaycanin erazi büövlüyünün taninmasini resmen beyan etse de, bununla bağli praktik addimin atilmasinda heç vaxt sey göstermeyib. Mehz Dağliq Qarabağ münaqişesinin hell olunmamasi birbaşa Rusiyaya bağlidir. Rusiya Azerbaycani nazaretde saxlamaq üçün Ermenistan vasitesile tesir göstermek gücüne sahibdir. Ermenistana külli miqdarda silah ötürdü, Gürcüstandan çixarilan silahlari ve herbi texnikanin da ora gönderdi. Rusiya Ermenistani silahlandirmaqla bundan Azerbaycana tezyiq vasitesi kimi istifade edir. Bu baximdan xalqlar ve dövletler arasinda münasibetler o qeder de ürekaçan deyil. Eger Rusiya Azerbaycana qarşi heqiqeten semimidirse, qoy,  semiyyet Qarabağ münaqişesinin helline yönelsin”.

R.Nurullayev hesab edir ki, bunu Azerbaycan prezidentinin beynelxalq aleme mesaji kimi de qiymetlendirmek olar: “Azerbaycan-Ermenistan prezidentlerinin Münhende keçirilen görüşünde Qarabağ münaqişesinin helli ile bağli kifayet qeder irelileyişler elde olunub. Ola bilsin ki, Ermenistanin bu kompromislere getmesinde Rusiya prezidentinin ve baş nazirinin de müeyyen rolu olub. İlham Eliyev de bu rola ve müsbet ceste uyğun olaraq beynelxalq aleme bele bir mesac gönderib”.

Müsavat Meclisinin sedri Sülheddin Ekber hesab edir ki, bu, Rusiya ve Azerbaycan dövletlerarasi münasibetlerinin gerçek durumun eks etdiren mövqe deyil: “En yaxşi halda İlham Eliyevle Kreml arasinda münasibetleri eks etdiren bir mövqedir. Bu açiqlama Rusiya-Azerbaycan münasibetlerinin gerçek durumunu eks etdirmir. Azerbaycanin en böyük problemi olan Qarabağ münaqişesinin arxasinda Rusiyanin dayandiği heç kime sirr deyil. Kimlerse bunu bu ve ya başqa şekilde perdelemek isteye biler. Amma öten il Gürcüstanla müharibeden sonra her kese aydin oldu ki, neinki Azerbaycan Ermenistan arasinda, bütövlükde postovet mekaninda olan münaqişelerin arxasinda Rusiya dayanir. Meqsed de sovetler birliyi parçalandiqdan sonra postsovet ölkelerini nezaretde saxlamaqdir. İndi de bu münaqişelerden istifade edib onlari idare etmekle zaman-zaman Rusiya yeniden Cenubi Qafqaza öz tesirini artirmaq isteyir. Bu yolla da Cenubi Qafqaza, o cümleden Azerbaycana qayitmaq isteyir”.
S.Ekber bildirir ki, son dövrler Cenubi Qafqazda yaranmiş yeni veziyyet ve region etrafindaki durum nezere alinarsa,  bu açiqlamani Qerbe mesaj kimi de qebul oluna biler.

Gültekin

http://azadliq.az/?p=39577


share this: facebook