Tuesday, December 15, 2009

Gürcüstan yeni müharibəyə hazırlaşır?

8 December, 2009, 11:31

Tiflis ətrafında səngərlərin qazılmasını Rusiyanın mümkün aqressiyası ilə əlaqələndirirlər

Razi Hurullayev: “Gürcüstanın HATO-ya üzv olması Cənubi Qafqazın Rusiya üçün itirilməsinin başlanğıcı olacaq”

Gürcüstanın paytaxtı yenidən bir nömrəli hərbi hazırlıq rejiminə keçirilir. Gürcüstanın “Rezonansi” qəzetinin yazdığına görə, Tiflis ətrafında səngərlər qazılır və müdafiə sədləri çəkilir. Rəsmilər isə mövcud gerçəkliyin Tiflisin müdafiəsi planını zəruri etdiyini söyləyirlər.Razi Nurullayev_profile picture (11)

AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, hazırda Tiflisin müdafəisinin möhkəmləndirilməsi təsadüfi deyil. Gürcüstanın NATO-ya üzvlüyülə bağlı alyans rəhbərliyinin ciddi bəyanatlarının Rusiyanın aqressiv cavabı ilə üzləşəcəyini istisna etməyən R.Nurullayev bildirdi ki, Gürcüstan hakimiyyətinin təhlükəsizlik tədbirləri görməsi anlaşılandır: “Düşünürəm ki, Tiflis ətrafında müdafiə qurğularının yerləşdirilməsi Rusiya tərəfindən müəyyən siqnaların alınmasından irəli gələ bilər. Hazırkı dönəmdə isə NATO-nun Gürcüstanla bağlı planları həqiqətən də Tiflisin müdafiəsini zəruri edir. Çünki Kreml həmişə bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın milli maraqlarına ziddir. Moskva anlayır ki, Gürcüstanın HATO-ya üzv olmasından sonra sıra Azərbaycana gələcək. Bu tendensiya isə Cənubi Qafqazın Rusiya üçün itirilməsi deməkdir”. Rusiyanın yaranmış vəziyyətdə kəskin addımlar atmasının nə dərəcədə real olmasına gəlincə isə R.Nurullayev bildirdi ki, Qərb bu məsələdə Rusiya ilə çox sərt tonda danışmayacaq. Bunun səbəbini isə AXCP yetkilisi Avropanın Rusiya qazından asılı olmasıyla izah edir: “Avropa ölkələri Rusiyanın nəyə qadir, nə dərəcədə aqressiv olduğunu bilir. Ona görə də qaz məsələsində problemlə üzləşməmək üçün Avropa Gürcüstanı məncə, tədricən NATO-ya qəbul edəcək. Amma Gürcüstanın NATO-ya qəbulu prosesi geridönməz prosesdir. Lakin o da nəzərə alınmalıdır ki, ABŞ Gürcüstanı NATO-ya qəbul edərək onu Rusiya qarşısında riskə atmayacaq”.

Xəyal

http://azadliq.az/?p=40671


share this: facebook

No comments: