Tuesday, December 15, 2009

Amerikanın Türkiyəyə təzyiq imkanları yoxdur

15 December, 2009, 12:03

razi_nurullayevRazi Nurullayev: “Klintonun Sərkisyana dedikləri erməni diasporına və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”

Məlum oldğu kimi, dekabrın 10-da ABŞ dövlət katibi Hillari Klintonla Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub. Türkiyənin baş naziri Ərdoğanın Ağ evdə keçirdiyi görüşlərin detalları barədə məlumat verən xanım Klinton ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin qeyd-şərtsiz qurulmasını ardıcıl dəstəklədiyini davam edəcək. Lakin xatırladaq ki, Ərdoğan ABŞ səfəri zamanı ölkəsinin qəti mövqeyini bildirib və Qarabağ münaqişəsini nizama salınmayınca parlamentin protokolları ratifikasiya etməyəcəyini deyib. Bu bəyanatdan sonra ABŞ dövlət katibinin Sərkisyana dedikləri nədən xəbər verir? ABŞ Türkiyəyə təzyiqlərini davam etdirəcəkmi?

Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev ABŞ-ın Türkiyəyə təzyiq göstərə bilməyəcəyini dedi: “Ərdoğan jurnalistlər qarşısında birmənalı şəkildə dedi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Parlament protokolları ratifikasiya etməyəcək. Klintonun Sərkisyana dedikləri erməni diasporuna və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”.

Politoloq Türkiyənin öz mövqeyindən geri çəkilməyəcəyini də vurğuladı: “ABŞ lap əvvəldən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Qarabağ məsələsindən ayırmaq istəyirdi. Azərbaycan ictmaiyyətinin də narahatçılığı bundan ibarət idi. Obama prezident seçilən zaman erməni diasporasına soyqırımı tanıyacağını, ermənilərin mənafeyinə uyğun addımlar atacağını demişdi. Dövlət katibinin belə mövqe sərgiləməsi də bundan irəli gəlib. Amma Türkiyənin öz mövqeyindən geri çəkiləcəyinə inanmıram. Çünki Amerikanın Türkiyəyə o qədər də böyük təzyiq imkanları yoxdur”.

Fizzə

http://azadliq.az/?p=41357


share this: facebook

No comments: