Tuesday, December 15, 2009

Amerikanın Türkiyəyə təzyiq imkanları yoxdur

15 December, 2009, 12:03

razi_nurullayevRazi Nurullayev: “Klintonun Sərkisyana dedikləri erməni diasporına və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”

Məlum oldğu kimi, dekabrın 10-da ABŞ dövlət katibi Hillari Klintonla Ermənistan prezidenti Serj Sərkisyan arasında telefon danışığı olub. Türkiyənin baş naziri Ərdoğanın Ağ evdə keçirdiyi görüşlərin detalları barədə məlumat verən xanım Klinton ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin qeyd-şərtsiz qurulmasını ardıcıl dəstəklədiyini davam edəcək. Lakin xatırladaq ki, Ərdoğan ABŞ səfəri zamanı ölkəsinin qəti mövqeyini bildirib və Qarabağ münaqişəsini nizama salınmayınca parlamentin protokolları ratifikasiya etməyəcəyini deyib. Bu bəyanatdan sonra ABŞ dövlət katibinin Sərkisyana dedikləri nədən xəbər verir? ABŞ Türkiyəyə təzyiqlərini davam etdirəcəkmi?

Məsələyə münasibət bildirən politoloq Razi Nurullayev ABŞ-ın Türkiyəyə təzyiq göstərə bilməyəcəyini dedi: “Ərdoğan jurnalistlər qarşısında birmənalı şəkildə dedi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Parlament protokolları ratifikasiya etməyəcək. Klintonun Sərkisyana dedikləri erməni diasporuna və Amerikadakı erməni seçicilərinə yönəlik bir mesajdır”.

Politoloq Türkiyənin öz mövqeyindən geri çəkilməyəcəyini də vurğuladı: “ABŞ lap əvvəldən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Qarabağ məsələsindən ayırmaq istəyirdi. Azərbaycan ictmaiyyətinin də narahatçılığı bundan ibarət idi. Obama prezident seçilən zaman erməni diasporasına soyqırımı tanıyacağını, ermənilərin mənafeyinə uyğun addımlar atacağını demişdi. Dövlət katibinin belə mövqe sərgiləməsi də bundan irəli gəlib. Amma Türkiyənin öz mövqeyindən geri çəkiləcəyinə inanmıram. Çünki Amerikanın Türkiyəyə o qədər də böyük təzyiq imkanları yoxdur”.

Fizzə

http://azadliq.az/?p=41357


share this: facebook

Gürcüstan yeni müharibəyə hazırlaşır?

8 December, 2009, 11:31

Tiflis ətrafında səngərlərin qazılmasını Rusiyanın mümkün aqressiyası ilə əlaqələndirirlər

Razi Hurullayev: “Gürcüstanın HATO-ya üzv olması Cənubi Qafqazın Rusiya üçün itirilməsinin başlanğıcı olacaq”

Gürcüstanın paytaxtı yenidən bir nömrəli hərbi hazırlıq rejiminə keçirilir. Gürcüstanın “Rezonansi” qəzetinin yazdığına görə, Tiflis ətrafında səngərlər qazılır və müdafiə sədləri çəkilir. Rəsmilər isə mövcud gerçəkliyin Tiflisin müdafiəsi planını zəruri etdiyini söyləyirlər.Razi Nurullayev_profile picture (11)

AXCP sədrinin müavini Razi Nurullayevin fikrincə, hazırda Tiflisin müdafəisinin möhkəmləndirilməsi təsadüfi deyil. Gürcüstanın NATO-ya üzvlüyülə bağlı alyans rəhbərliyinin ciddi bəyanatlarının Rusiyanın aqressiv cavabı ilə üzləşəcəyini istisna etməyən R.Nurullayev bildirdi ki, Gürcüstan hakimiyyətinin təhlükəsizlik tədbirləri görməsi anlaşılandır: “Düşünürəm ki, Tiflis ətrafında müdafiə qurğularının yerləşdirilməsi Rusiya tərəfindən müəyyən siqnaların alınmasından irəli gələ bilər. Hazırkı dönəmdə isə NATO-nun Gürcüstanla bağlı planları həqiqətən də Tiflisin müdafiəsini zəruri edir. Çünki Kreml həmişə bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın milli maraqlarına ziddir. Moskva anlayır ki, Gürcüstanın HATO-ya üzv olmasından sonra sıra Azərbaycana gələcək. Bu tendensiya isə Cənubi Qafqazın Rusiya üçün itirilməsi deməkdir”. Rusiyanın yaranmış vəziyyətdə kəskin addımlar atmasının nə dərəcədə real olmasına gəlincə isə R.Nurullayev bildirdi ki, Qərb bu məsələdə Rusiya ilə çox sərt tonda danışmayacaq. Bunun səbəbini isə AXCP yetkilisi Avropanın Rusiya qazından asılı olmasıyla izah edir: “Avropa ölkələri Rusiyanın nəyə qadir, nə dərəcədə aqressiv olduğunu bilir. Ona görə də qaz məsələsində problemlə üzləşməmək üçün Avropa Gürcüstanı məncə, tədricən NATO-ya qəbul edəcək. Amma Gürcüstanın NATO-ya qəbulu prosesi geridönməz prosesdir. Lakin o da nəzərə alınmalıdır ki, ABŞ Gürcüstanı NATO-ya qəbul edərək onu Rusiya qarşısında riskə atmayacaq”.

Xəyal

http://azadliq.az/?p=40671


share this: facebook

Saturday, December 5, 2009

ABŞ-in 2010-cu il proqrami neye hesablanib?

5 December, 2009, 11:29

Razi Nurullayev: “Obama administrasiyasi Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdirecek”

Arif Hacili: “Gelen il deyişikliyin olmasi üçün beynelxalq güclerin indiden emeli işe keçmesi vacibdir”

Azerbaycanda seferde olan ABŞ Dövlet Departamentinin Regional Konfliktler ve Qafqaz Ofisinin direktoru İsen Qoldriç parlamentde temsil olunan iqtidar ve müxalifet partiyalarinin nümayendeleri ile görüşüb. “Yeni Müsavat” qezetinin dünenki sayinda derc olunan melumata göre, tanişliq xarakteri daşiyan görüşde ölkemizde demokratiyanin veziyyeti, 2010-cu ilde keçirilecek parlament seçkileri, Qarabağ münaqişesinin helli, söz ve metbuat azadliği ve diger meselelerle bağli fikir mübadilesi aparilib. Bu barede qezete melumat veren Müsavat deputat qrupunun üzvü, millet vekili Nesib Nesibli bildirib ki, görüşde Qarabağ münaqişesi ile bağli Azerbaycan terefinin istekleri, Azerbaycanda demokratiya ve insan haqlari ile bağli situasiya, elece de diger meseleler müzakire olunub. N.Nesibli vurğulayib ki, Dövlet Departamentinin nümayendesi Azerbaycanda keçirilecek 2010-cu ilin parlament seçkileri ile bağli ABŞ-in yeni bir proqrama başlamaq istediyini millet vekillerinin diqqetine çatdirib. Bu planin özünde neleri ehtiva ede bileceyile bağli suali müxalifet temsilçilerine ünvanladiq.
AXCP sedrinin müavini Razi Nurullayev hesab edir ki, ABŞ-in Azerbaycanda seçkilerle bağli reallaşdirmaq istediyi plan daha çox texniki meseleleri ehate etse de, seçkini özünün demokratik keçirilmesi de gündemde olacaq: “Düşünürem ki, ABŞ gelen il seçki keçirilmesinin texniki cehetleriyle bağli Azerbaycan terefi ile six emekdaşliği nezerde tutur. Burada da meqsed seçkinin daha şeffaf keçirilmesi üçün şeraitin yaradilmasidir. Eyni zamanda QHT-le bağli işe de böyük önem verilecek ki, burada da meqsed vetendaş cemiyyeti ile aktiv işin qurulmasidir”. Amma Buşdan ferqli olaraq Obama admnistrasiyasinin Azerbaycandaki seçkilerle bağli daha sert mövqe nümayiş etdireceyini düşünen R.Nurullayev bildirdi ki, ABŞ Azerbaycanla bağli hansi siyaset yürüdeceyini hazirda müeyyenleşdirme merhelesindedir. AXCP yetkilisinin sözlerine göre, ABŞ-in ölkemize hele de sefir teyin etmemesi mehz bu meqamla bağlidir.
Müsavat Partiyasinin İcra Aparatinin rehberi Arif Hacili ise hesab edir ki, Dövlet Departamentinin temsilçisi ölkedeki real müxalifet qüvvelerinin liderleriyle de analoci görüş keçirmeli idi. A.Hacilinin sözlerine göre, bele bir görüşün keçirilmesi ABŞ-in gelecek addimlarini daha semereli etmekle yanaşi, demokratik qüvvelerde de ABŞ-in növbeti addimlari barede aydin tesevvür yaratmiş olardi: “ABŞ-in Azerbaycandaki sefirliyi ölkedeki real siyasi veziyyeti çox gözel bilir. Ve sefirlik terefinden müxalifet partiyalari ile görüşün teşkil olunmasi, düşünürem ki, daha semereli netice vere bilerdi. ABŞ-in yeni admnistrasiyasinin xarici siyasetinde esas prioritetlerden biri demokratik deyerlerin bütün dünyada yayilmasidir. Bu baximdan 2010-cu ide ABŞ-in ölkemizde keçirilecek parlament seçkilerinin demokratik keçirilmesi üçün cehdler edeceyi istisna deyil”.
2010-cu ilde demokratiyanin inkişafi istiqametinde bir deyişikliyin olmasi üçün indiden emeli işe keçirilmesinin vacib olduğunu deyen A.Hacili bildirdi ki, seçki komissiyalarinin bir siyasi qüvvenin nezaretinden çixarilmasi, Seçki Mecellesindeki mürtece müdealarin deyişdirilmesi, siyasi fealiyyet üçün normal şeraitin yaradilmasi, söz ve metbuat azadliğinin temini bu baximdan önemlidir. “Eger ATET, Avropa Şurasi, Avropa Birliyi ve ABŞ Azerbaycanda gelen illeri normal seçkilerin keçirilmesini isteyirlerse, indiden emeli işe keçerek, hakimiyyete konkret sahelerde islahatlarin aparilmasi üçün tezyiqler etmelidirler”, deye A.Hacili vurğuladi.


Xeyal

http://azadliq.az/?p=40424


share this: facebook

İqtidar Obama administrasiyasina çixiş arayir

4 December, 2009, 12:58

Razi Nurullayev: “Hakimiyyet, görünür, Britaniyadaki menbelerden istifade ederek Qerble olan problemlerini çözmeye çalişir”

Britaniyanin sabiq baş naziri Toni Bleyerin Azerbaycana sefer ederek 6 zavodun temel qoyma merasiminde iştiraki siyasi çevrelerde müzakire mövzusudur. Qerbele münasibetleri kifayet qeder soyuqlaşan Azerbaycan hakimiyyetinin Bleyerle yaxinlaşmasi bu baximdan tesadüf kimi deyerlendirilmir. Onu da qeyd edek ki, bu yaxinlarda Azerbaycanin xarici işler nazirinin müavini Araz Ezimov Böyük Britaniyaya resmi sefer etmişdi. Britaniya şahzadesinin bu günlerde Bakida seferde olmasi ise yuxarida seslenen fikirleri güclendirir. Bir sözle resmi Baki Britaniyaya qarşi reverans etmekle ABŞ-la pisleşen münasibetlerini onun yaxin müttefiqi olan Britaniya vasitesile normallaşdirmağa çalişir.
AXCP sedrinin müavini Razi Nurullayev de hesab edir ki, Azerbaycan hakimiyyetinin son zamanlar Britaniya ile elaqelere önem vermesi Qerble korlanan münasibetlerin berpa etdirilmesi meqsedi daşiyir. Britaniya ile normal münasibetler qurmağin Azerbaycanin da milli maraqlarina cavab verdiyini deyen R.Nurullayev bildirdi ki, bu baximdan Londonla münasibetlerin mehz dövleti maraqlar nezere alinaraq qurulmasi vacibdir: “Hakimiyyetin Britaniya ile yaxinlaşmasi Obama administrasiyasina çixiş aramaq kimi deyerlendirile biler. Hakimiyyet, görünür, Britaniyadaki menbelerden istifade ederek Qerble olan problemlerini çözmeye çalişir”.
Bleyerin seferinin Avropanin bezi dairelerinin de maraqlarina uyğun olduğunu düşünen R.Nurullayev bildirdi ki, bu menafeler enerci maraqlarinin ifadesini özünde eks etdirir.

Xeyal

http://azadliq.az/?p=40267


share this: facebook