Friday, September 11, 2009

AXCP-də daha bir yeni təyinat

Razi Nurullayev partiya sədrinin müavini oldu

11 September, 2009, 20:42

razi-nurullayev12

AXCP sədri Əli Kərimli yeni kadr təyinatı ilə bağlı növbəti sərəncam verib. Sərəncamla Razi Nurullayev partiya sədrinin xarici əlaqələe üzrə müavini vəzifəsinə təyin olunub.
Razi Nurullayev 1971-ci ilin 1 aprelində İmişli rayonunda anadan olub. 1989-1991-ci illərdə hərbi qulluqda olub. 1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis-fransız dilləri fakultəsini bitirib. Cənubi Rusiya Humanitar İnstitutunda ikinci ali təhsil alaraq hüquq peşəsinə yiyələnib. 2009-cu ildə ABŞ-da Kolumbiya Universitetinin Beynəlxalq və Dövlət İşləri Məktəbində ixtisasartırma kursunu, 2004-cü ildə Kanadanın Con Abbot Kolecində Beynəlxalq İnsan Hüquqları üzrə tam kursu bitirib. Bundan başqa, Malayziya, Tailand, Cənubi Koreya, İsveç, Hollandiya, Türkiyə, Yunanısatan, Böyük Britaniya, Fransa, Şri Lanka və digər ölkələrdə ixtisasartırma kurslarını bitirib.
İndiyə kimi dünyanın 60-dan çox ölkəsində işgüzar səfərlərdə olub.
1999-cu ildə Demokratik islahatlar Uğrunda Cəmiyyət İB-ni təsis edib və onun həmsədridir. 2005-ci ildə YOX Hərəkatını təsis edib və kordinatoru olub. Elə həmin ildə parlament seçkilərində müstəqil namizəd kimi iştirak edib.
Bir neçə kitabın və elmi məqalələrin müəllifidir. Yazıları yerli və xarici mətbuatda dərc olunub.

http://azadliq.az/?p=26931


share this: facebook

AB-nin yeni Cənubi Qafqaz strategiyası nə vəd edir?

Razi Nurullayev: “Bu planlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynayacaq”

11 September, 2009, 23:26

razi-nurullayev3

Avropa Birliyi - Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı yeni strategiya üzərində işləyir. Birliyə sədrlik edən İsveç üzv ölkələrdən, Cənubi Qafqazın bu üç ölkəsi ilə əlaqələri daha da dərinləşdirməyi nəzərdə tutan bir planın cızılmasını istəyib. Artıq sentyabrın 14-də Birlik ölkələrinin xarici işlər nazirləri həmin plan barədə fikirləri müzakirə edəcəklər. Avropa Birliyinin əsas narahatlığı regionun sabitliyi ilə bağlıdır. Birlik Rumıniya və Bolqarıstana genişlənəndən sonra Qara dəniz regionunun əhəmiyyəti kəskin artdı. Digər məsələ isə enerci, xüsusilə də Azərbaycan və Gürcüstandan neft və qaz tranziti kimi istifadə olunması məsələsidir.
“Azadlıq” radiosunun Brüsseldəki əməkdaşı Ahto Lobyakasin yazdığına görə, yeni strategiya Birliyin əvvəlki siyasətindən tam fərqli bir yanaşma nəzərdə tutmur. Təşkilatın məqsədi üç ölkədə qanunların və siyasətin mümkün qədər Avropa standartlarına yaxınlaşdırlmaqdır. Artıq hər üç Qafqaz dövlətinin hər birinə ümumi razılaşma forması təklif olunub. Bu razılaşmaların tətbiqi azad ticarətə və vizaların verilməsində liberallaşmaya gətirib çıxara bilər. Amma yeni strategiyada Avropa Birliyinə üzvlükdən söhbət getmir.
Maraqlıdır ki, strategiya barədə fikirlər ortaya çıxanda Gürcüstan Azərbaycan və Ermənistanla eyni cərgədə müzakirə olunmaq istəməyib. Gürcüstanda hesab edirlər ki, Avropa Birliyi onu Ukrayna ilə bir sırada nəzərdən keçirməlidir.
Avropa Birliyinin təklif etdiyi plan perspektivdə nələri vəd edə bilər?
Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Razi Nurullayev Avropa Birliyinin Azərbaycanla bağlı göstərdiyi bütün səylərin diqqətəlayiq olduğunu qeyd etdi. Politoloq təkliflərin yaxın zamanda həyata keçə biləcəyinə ümid etdiyini də vurğuladı: “Zaman keçdikcə bu təkliflər həm Azərbaycanda, həm də o biri dövlətlərdə öz yerini tutacaq. Çünki bu artıq zamanın tələbidir. Azərbaycan yaxın qonşuluq siyasəti, eyni zamanda Şərq tərəfdaşlığı proqramına qoşulub və öhdəliklər götürüb. Həmin öhdəliklərin necə yerinə yetirilməsini Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyi diqqətində saxlayır, vaxtaşırı hökumət nümayəndələri ilə görüşlər keçirilir. Bu baxımdan Azərbaycanın və qonşu dövlətlərin demokratikləşməsi və Avropa standartlarına uyğunlaşdırılması üçün bu səylər diqqətəlayiqdir”. R.Nurullayevin sözlərinə görə, Avropa Birliyi ölkələrini proseslərə cəld etməklə demokratikləşdirməyə çalışır: “Avropa Birliyi qurumları ölkəni tənqid etmək, müxtəlif sankisiyalar tədbiq etməklə deyil, onları proseslərə cəlb etməklə demokratikləşdirmək yolunu tutublar. Buna addımlar da məhz ona görə atılır. Azərbaycan neft-qaz ixracatçısı, Gürcüstan isə tranzit ölkə kimi Avropa Birliyinin marağındadır. Neft və qaz amili Azərbaycanın demokratikləşməsi üçün nə qədər böyük problemlər yaratsa da, Avropa Birliyi bu amillərdən istifadə edərək ölkəmizdə demokratiyanın inkişafına yol açmaq istəyir. Politoloq atılan addımların ölkədə demokratiya üçün müəyyən rol oynayacağını da vuğluladı: “Bu planları yüksək dəyərləndirirəm və hesab edirəm ki, bunlar Azərbaycanda demokratiya üçün müəyyən rol oynaya bilər. Eyni zamanda viza reciminin yüngülləşdirilməsi, azad ticarət əlaqələrinin genişləndirilməsi, sərhədlərin açılması da proseslərin dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycan hökuməti Avropa Birliyinin bir üzvü olmaq istəyirsə, müxtəlif konvensiyalara, öhdəliklərə imza atıbsa, ölkədə də həmin Avropa mühitini, demokratiyanı yaratmalıdır”.

Fizzə

http://azadliq.az/?p=27078
share this: facebook

Türkiyədə ölkədaxili gərginlik artır

9 September, 2009, 22:45

razi-nurullayev2“Tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”

Razi Nurullayev: “İqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir”

Son aylar Türkiyədə iki məsələ, hökumətin kürd problemini danışıqlar yolu ilə həll etmək və Ermənistanla diplomatik münasibətlər qurmaq istəyi ölkə gündəmini zəbt edib. Hər iki məsələ ciddi dirənişlə üzləşib. Xüsusilə də ermənilərlə münasibətlərin yaxşılaşdırılması niyyəti ciddi etirazla qarşılanıb. Ölkənin aparıcı müxalifət partiyaları AKP-ni atmaq istədiyi adımdan geri çəkilməyə çağırıb. Hətta onlardan bəziləri sərt sözlərlə ifadə edib. Bəs hakim partiya atmaq istəyi addımları tək başına həyata keçirə, müxalifətin təpkilərinə sinə gələ biləcəkmi?
Məsələyə münasibət bildirən politoloq Razi Nurullayevin sözlərinə görə, yaxın vaxtlarda Türkiyədə gərginlik bir qədər də artacaq: “Artıq Türkiyədə fırtına öncəsi gəlişmələr yaşanmaqdadır. AKP bununla təkbaşına bacara bilməyəcək. Çünki Türkiyədə sistem Azərbaycandan fərqli olaraq daha demokratikdir. İnsanlar daha açıq gözlü, açıq fikirlidirlər. Bu baxımdan müxalifətin dəstəyini almadan AKP bu işləri təkbaşına edə bilməyəcək. Artıq hakim partiyanın kökləri müəyyən mənada laxlamağa başlayıb. Dövlət Baxçalının baş naziri namuslu olmağa çağırması da bundan xəbər verir. Bu etik cəhətdən düzgün olmasa da, artıq Türkiyə cəmiyyətində əsəblərin nə qədər tarıma çəkildiyindən xəbər verir. Bu cür tarıma çəkilmiş əsəblər müəyyən sosial-siyasi partalayışa gətirib çıxara bilər”.
Politoloq hökumətin geri çəkiləcəyinin mümkünlüyünü də vurğuladı: “Yaxın zamanlarda iqtidar partiyasının müəyyən mövqelərindən kənara çəkilməsi gözlənilir. Çünki bu artıq cəmiyyətin götürəcəyi yük deyil. Cəmiyyət çəkə biləcəyindən daha çox yüklənib”.

Fizzə

http://azadliq.az/?p=26501


share this: facebook

GƏNCLƏR AXCP-YƏ YÖN ALIR…


10.9.2009
GƏNCLƏR AXCP-YƏ YÖN ALIR…

Fuad Mustafayevin AXCP-dən getməsi partiyaya olan ümidlri xeyli zəiflətdi. Hətta bunun ardınca partiyanın daha bir neçə nüfuzlu üzvünündə partiyanı tərk edəcəyi deyilirdi.
Bu isə faktiki partiyanın ləğvinə qədər gəlib çıxa bilərdi. Amma gənclər arasında ciddi nüfuza sahib olan Razi Nurullayevin AXCP-yə keçidi yeni canlanma yaratdı.

Güman edilir ki, Razi Nurullayevin AXCP-yə gəlişi gənclərində bu partiyaya axınına müsbət təsir göstərəcək.
Güman etmək olarkı partiya sədri Əli Kərimli bu məqamı nəzərə alaraq partiyanın gəncləşməsinə start verəcək və partiya rəhbərliyində gənclərin sayı artırılacaq.

pia.az

http://pia.az/index.php?l=az&m=news&id=1414


share this: facebook

Tuesday, September 8, 2009

AXCP mənə siyasi əqidə baxımdan yaxındır

8 September, 2009  - Azadlıq Qəzeti

razi-nurullayev1

Razi Nurullayev:

“Bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var”

Bu yaxınlarda politoloq Razi Nurullayev AXCP-yə üzv qəbul olundu. R.Nurullayevin niyə məhz AXCP-ni seçdiyini və partiyadakı planlarını öyrənmək məqsədilə ona müraciət etdik.
R.Nurullayev bildirdi ki, Azərbaycandakı siyasi reallıqları nəzərə alaraq bu addımı atıb. AXCP-nin ona siyasi əqidə baxımdan yaxın olduğunu deyən R.Nurullayev vurğuladı ki, eyni zamanda Xalq Cəbhəsini seçməsində partiya sədri Əli Kərimlinin şəxsiyyətinin də rolu olub: “Əli Kərimlinin bu gün apardığı mübarizə hazırkı reallıqlara cavab verir. Əli Kərimliylə birlikdə Azərbaycanda demokratikləşmə uğrunda mübarizəyə qoşulmağa qərar verdim. Hesab edirəm ki, bu partiyada güclü, əqidəli insanlar, Azərbaycanı demokratikləşməyə aparacaq liderlər var. Məhz bu məqamlar qərarımın verilməsində böyük rol oynadı”.
R.Nurullayevin partiyadakı planlarına gəlincə, o bildirdi ki, müəyyən məqamların sədrlə razılaşdırılmasına ehtiyac var. Konkret məqamlara gəlincə, R.Nurullayev dedi ki, o ilk növbədə AXCP-nin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsini istəyir: “Azərbaycanda baş verən proseslər barədə beynəlxalq aləmin dolğun xəbəri olmalıdır. Azərbaycan müxalifətinin haqq səsi dünya ictimaiyyətinə çatdırılmalıdır. Bir çox xarici ölkələrdə olarkən hiss edirəm ki, Azərbaycanla bağlı məlumatlar olsa da, real demokratik vəziyyət barədə geniş təsəvvür yoxdur. Əlbətdə ki, real demokratiyanın olmadığı barədə müəyyən təsəvvürlər var. Lakin məhz müxalifətin bu sahədə hansı rol oynaya biləcəyi, hakimiyyətə gələrsə, hansı dəyişiklikləri reallaşdıra biləcəyi barədə bəzən yanlış məlumatlar da var”. AXC-nin bir il hakimiyyətdə olduğu müddətdə ciddi demokratik addımlar atdığını deyən R.Nurullayev bildirdi ki, bunlar barədə də beynəlxalq ictimaiyyətə məlumat verilməlidir.

Hikmət

http://azadliq.az/?p=26155


share this: facebook

AXCP-dən biri getdi, biri gəldi, biri isə yüksəldi

Razi Nurullayev: "İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur"

Qeyd edək ki, AXCP İdarə Heyətinin son toplantısında, həmçinin tanınmış politoloq Razi Nurullayev partiyaya üzv qəbul olunub.
   R.Nurullayev bununla bağlı qəzetimizə açıqlamasında bildirdi ki, onun bu seçimi bir çoxlarında təəccüb yaratsa da, burada qeyri-adi heç nə yoxdur: "Mənim siyasi seçimim heç də partiyalardan gedib-gələnlərin sayı və orada perspektivin olub-olmaması ilə bağlı deyil. Uzun müddət siyasi proseslərdə olan şəxs kimi seçimimi müəyyənləşdirməliydim. İndiki halda yönümüm daha çox AXCP-nin siyasi kursuna uyğundur. Ona görə də bu partiyanın sıralarında olmaq barədə qərar qəbul etdim və müraciət etdim. Sağ olsunlar ki, müraciətimə müsbət cavab verdilər. Partiya üzvü kimi, nə tapşırıq verilsə, canla-başla onu icra etməyə hazıram".
   Partiya sıralarına "əliboş" gəlmədiyini deyən Nurullayev müəyyən təkliflərinin, ideyalarının olduğunu söylədi: "Bu təklif və ideyaları, hələ ki, bölüşməmişəm. Yaxın vaxtlarda sədrlə görüşüb fikirlərimi bölüşəcəm".

Ruslan XƏLİL

http://baki-xeber.com/2009/09/08/get=33145



share this: facebook