Sunday, June 10, 2007
Cənubi Koreyaya səfərim
1 -9 iyun 2007-ci ildə Cənubi Koreyada səfərdə oldum. Seul şəhəri mənim yaddaşımda silinməz izlər buraxdı. Gözəl şəhər, inkişaf etmiş infrastruktur, şüşə kimi yollar, mədəniyyətli və səliqəli sürücülər, qayda-qanuna əməl edən piyadalr, hər tərəf gül-çiçək. Bütün bunlara baxdıqca, Azərbaycanımızda da bü cür inkişafı görmək istərdim. Demək olmaz ki, Azərbaycanda inkişaf yoxdur. İndiki templə yəqin ki, Azərbaycan da göydələnləri və ticarət mərkəzləri ilə öyünən böyük bir maliiyə meqapolisinə çevriləcək. Lakin, insanlarımızın da böyük şəhərin qayda-qanunlarına uyğun hərəkət etməsinin şahidi olacayıqmı? Məmurlarımızın üzərinə düşən vəzifəsini rüşvətsiz yerinə yetirməsini görəcəyikmi? Yollarımız çəkilən və təmir olunan zaman, bordyurların da düzülməsinə əməl olunacaqmı? Bordyur qoyulmadan, yağış sularının axması üçün yol boyunca quraşdırılmayan kanallar olmadan yollara çəkilən xərclər havaya sovrulmaq deməkdir. Yol mədəniyyəti nə vaxt olacaq?
Doğma Azərbaycan! Səni firavan və cənnətməkan görmək istəyirəm. Nə edək ki? Səlahiyyətimiz yoxdur. Vətəndaşlıq borcumuzu isə yerinə yetiririk.
share this: facebook
Tuesday, April 10, 2007
Bloquma xoş gəlmisiniz
Subscribe to:
Posts (Atom)